"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi qeyd-şərtsiz prioritetidir” – Zaxarova

20 Avqust 2021 - 10:25
in XƏBƏR LENTİ
   "Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi qeyd-şərtsiz prioritetidir" -  Zaxarova

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu ilin 11 yanvar tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsi Rusiya Federasiyasının xarici siyasətinin qeyd-şərtsiz prioritetidir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. O deyib ki, Bakı və İrəvanla ən yüksək və yüksək səviyyədə təmaslar mütəmadi olaraq həyata keçirilir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Yay dövründə Rusiya Prezidentinin iyulun 7-də Ermənistanın baş naziri ilə, 20-də isə Azərbaycan Prezidenti ilə görüşləri keçirilib. Xarici siyasət, müdafiə və sərhəd idarələri xətti ilə lazımi iş aparılır. Əlbəttə ki, səfirliyimiz fəal işləyir”, – deyə M.Zaxarova əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb ki, tərəflər məsələləri müzakirə edir və qərarlar verilir. “Bildiyiniz kimi, təhlükəsizlik məsələləri də daxil olmaqla, xüsusi həssaslıq nəzərə alınmaqla, bəzi məsələlərin müzakirəsinin təfərrüatları heç də hər zaman ictimaiyyətə açıqlanmır. Çünki, bu, davamlı nəticəyə nail olunmasına həqiqətən də mane ola bilər”, – deyə diplomat bildirib.

M.Zaxarova həm Bakıda, həm də Yerevanda, ümumilikdə, tərəflərin təmas xətti və Laçın dəhlizi boyunca Qarabağda yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin, Rusiyanın sabitləşdirici rolunu yüksək qiymətləndirdiklərini qeyd edib. “Sülhməramlılarımızın ərazidəki hərəkətləri sayəsində bölgədəki vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb və nisbətən sakit olaraq qalır. Evlərinə qayıdan qaçqınlarla bağlı məlumatlar mütəmadi olaraq ölkəmizin Müdafiə Nazirliyinin saytında yerləşdirilir. Ayrı-ayrı hadisələrin işçi qaydada operativ şəkildə həllinə nail olunur. Onların ortaya çıxmasının səbəbi, heç şübhəsiz, Bakı ilə Yerevan arasındakı münasibətlərdə etimadın çatışmazlığıdır.

Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli yaxşılaşmasının tərəfdarıdır və əlbəttə ki, biz bu mövqeyi, o cümlədən ən yüksək və yüksək səviyyədə Bakıya və Yerevana çatdırırıq. Hər iki tərəfi humanitar sahədə mövcud olan qarşılıqlı qıcıqlandırıcı amilləri ən qısa zamanda aradan qaldırmağa, “hər kəsi hər kəsə” formul üzrə hərbi əsirləri və tam həcmdə mina sahələrinin xəritələrini dəyişməyə çağırırıq”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

M.Zaxarova ölkəsinin mövqeyini bir daha diqqətə çatdırıb ki, uzunmüddətli həlli yolu sərhədin demarkasiyası və delimitasiyası üzrə danışıqların başlanmasıdır. “Biz bu prosesə lazımi məsləhət yardımı göstərməyə hazırıq”, – deyə o əlavə edib.

“Rusiya, Azərbaycan və Ermənistanın baş nazirləri müavinlərinin həmsədr olduğu üçtərəfli işçi qrupuna gəldikdə, çox güman ki, artıq gördüyünüz kimi, onun avqustun 17-də fəaliyyətini bərpa etdiyi barədə məlumatlar dərc edilmişdi. İclas Moskvada keçirilib, müvafiq məlumatlar Rusiya Federasiyası Hökumətinin saytında yerləşdirilib. Biz məmnuniyyətlə qeyd edirik ki, tərəflər Cənubi Qafqazda təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasına yanaşmaların praktiki müzakirəsinə qayıtmağa nail oldular”, – deyə diplomat sözünü yekunlaşdırıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şeyxülislamın sözləri yanlış dəyərləndirilir…”-

Next Post

Qarabağı onlar alovlandırıb, sənədlər var – Qusman

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Qarabağı onlar alovlandırıb, sənədlər var – Qusman

Qarabağı onlar alovlandırıb, sənədlər var - Qusman

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin... - SENSASİON DETALLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.