"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

QAT erməni idmançıların Avropa Oyunlarında iştirakına etiraz edir

27 Fevral 2015 - 16:08
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

QAT erməni idmançıların Avropa Oyunlarında iştirakına etiraz edir“Əlləri Azərbaycan xalqının qanına batmış, torpaqlarımızı işğal altında saxlayan eybəcər bir rejimin nümayəndələrinin Bakıda hansısa tədbirdə iştirakını necə rəva görürsünüz?”
Qarabağ Azadlıq Təşkilatı (QAT) Bakıda keçirilməsi nəzərdə tutulan Birinci Avropa Oyunlarında erməni nümayəndə heyətinin iştirakı, həmçinin onların yol xərclərinin Azərbaycan tərəfindən ödəniləcəyinə dair rəsmi Bakının açıqlamalarını qətiyyətlə pisləyib, bu mövqeni işğalçı Ermənistan qarşısında təslimçilik kimi dəyərləndirib.
Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir ki, işğalçı Ermənistan nümayəndələrini azərbaycanlı vergi ödəyicilərinin hesabına Bakıya gətirmək, onlara burada hər cür şərait yaratmaq, üstəlik onların təhlükəsizliyi ilə bağlı hansısa əlavə öhdəliklər götürmək mənəviyyatsızlıqdan başqa bir şey deyil: “Bu, işğalçı və onun havadarları qarşısında qul, kölə psixologiyasının nümayiş etdirilməsidir. Bu, on minlərlə şəhidimiz, əsirlikdə çürüyən insanlarımızın təhqir edilməsidir. Azərbaycan hakimiyyətindən suallarımıza cavab verməsini tələb edirik: Əlləri Azərbaycan xalqının qanına batmış, torpaqlarımızı işğal altında saxlayan eybəcər bir rejimin nümayəndələrinin Bakıda hansısa tədbirdə iştirakını necə rəva görürsünüz? Xankəndidə azərbaycanlı girovların üzərində məhkəmə qurulur, bütün Azərbaycan ələ salınır və yaxud cəhbə xəttində azərbaycanlı əsgər erməni gülləsindən həlak olur və bütün bunlarla eyni vaxtda erməni idmançısı heç nə olmamış kimi hansısa idman növündə çıxış edir, ya da erməni məşqçi Azərbaycanın paytaxtında oturub sakitcə yemək yeyir, çay içir- bunu özünüzə nə cür təsəvür edir və özünüzə nə cür sığışdırırsınız? Bunun rəzalət və zəlillikdən başqa bir adı var, ya yox?”
QAT bəyan edib ki, biz bu sualları təkcə hakimiyətə deyil, bütün Azərbaycan cəmiyyətinə, o cümlədən idmançılara, idman sahəsində çalışan hər kəsə yönəldirik: “Hər kəs öz imkanları daxilində bu rəzalətin, təhqirin başımıza gətirilməsinə imkan verməmək üçün çalışmalıdır. Biz öz növbəmizdə bildiririk ki, işğalçı Ermənistan bütün beynəlxalq tədbirlərdən, o cümlədən idman tədbirlərindən təcrid edilməli, qovulmalıdır. Bu, Ermənistanın işğalçı hərəkətlərinə görə cavab tədbiridir və heç kəs bizi hansısa saxta arqumentlərlə inandırmağa çalışmasın. Biz Ermənistan nümayəndələrinin Bakıya gəlişinə imkan verməyəcək, əgər gələrlərsə, onların dərhal rədd olub getmələri üçün bütün vasitələrdən istifadə edəcəyik”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda ustaları döyən məmurun kimliyi bilindi

Next Post

Nazim İbrahimov Xocalı soyqırımı ilə bağlı diaspor fəaliyyətindən danışdı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Nazim İbrahimov Xocalı soyqırımı ilə bağlı diaspor fəaliyyətindən danışdı

Markesin arxivi 2,2 milyona satıldı

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.