"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qaz müharibəsində yeni mərhələ başlayır – Bakı ön cəbhə oldu

02 İyun 2015 - 09:30
in XƏBƏR LENTİ

 Qaz müharibəsində yeni mərhələ başlayır  - Bakı ön cəbhə oldu

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

TANAP və TAP növbəti sınaq qarşısında; Rusiya bu müharibədə son “kozır”ını da işə salıb; Azərbaycan prezidentinin narahatlığı boşuna deyilmiş; Bakıda gözlənilən Əliyev- Putin-Ərdoğan “üçlü görüşü” əsas suala aydınlıq gətirə bilər…

Avropa Birliyi və ABŞ Rusiyanın “Türk axını” (əvvəlki adı “Cənub axını”) qaz kəməri layihəsini əngəlləmək üçün səylərini davam etdirir. Artıq real nəticə də var: Birləşmiş Ştatların diplomatik-siyasi təzyiqləri altında mühüm tranzit ölkələrdən olan Serbiya və Makedoniya Moskvanın layihəsinə dəstəyini faktiki, geri çəkib.

Belə ki, az öncə NATO və Avropa Birliyinə üzv olmağa çalışan Belqrad rəsmən TAP layihəsini müdafiə etdiyini, rəsmi Skopye isə “Türk axını”na yalnız Brüssellə Moskva arasında məsələyə dair razılıq əldə olunduqdan sonra qoşula biləcəyini bəyan edib. Brüssel isə “Türk axını”na qarşıdır, çünki Avropanın Rusiya qazından asılılığını azaltmaq xətti yürüdür. Bu xətt də məhz TANAP və TAP (transxəzər qaz) layihələrini gerçəkləşdirməyi zəruri edir.
*   *    *    *    *
Rusiya təbii ki, bunu bilir və qaz mübarizəsindən geri çəkilmək əzmində deyil. Bu mübarizə çoxşaxəlidir və rəqib kəmər layihəsinin iştirakçı dövlətlərinə diplomatik-siyasi, hətta hərbi xarakterli təzyiqlərlə yanaşı, müəyyən şirnikləndirici, stimullaşdırıcı təklifləri də özündə ehtiva edir. Söhbət öncəliklə hər iki layihə üçün – “Türk axını” və “Cənub qaz azını” (TANAP, TAP) üçün tranzit marşrutun ən önəmli və həssas ölkəsindən – Yunanıstandan gedir.
Yada salaq ki, “Türk axını” Yunanıstanla sərhədə məhz TANAP kəməri ilə eyni nöqtədə çıxacaq. Oradan da o, TAP kəmərinə birləşdiriləcək. “Qazprom” isə “Türk axını” ilə nəql olunacaq təbii qazı həmin məntəqədə yaradılacaq habda müştərilərə təhvil verməyi planlaşdırır. Odur ki, Rusiya-Qərb qaz savaşı indi əslində daha çox Yunanıstan uğrunda gedir. Həm də o səbəbə ki, bu, təkcə energetika məsələsi deyil, geosiyasi, siyasi məsələdir.
*    *    *    *    *
Təsadüfi deyil ki, bu arada “Qazprom” şirkəti mübahisəli “Türk axını” kəmərinin Yunanıstandan keçən hissəsinin tikinti xərclərini də öz üzərinə götürməyə hazır olduğunu bildirib. Virtualaz.org-un verdiyi xəbərə görə, bu haqda “Kommersant” Rusiyanın qaz monopolistinin rəhbəri ilə Yunanıstanın energetika naziri Panayiotis Lafazanislə ötən həftə Moskvada aparılmış danışıqların nəticələrinə istinadən yazıb.
“Türk axını” layihəsinin Avropada şübhə ilə qarşılandığı bir vaxtda “Qazprom” danışıqlara sonuncu və ən təsirli aləti daxil edir – pul. Bu vaxtadək kəmərin quru hissəsinin tikintisini üzərinə götürməkdən imtina edən “Qazprom” mövqeyini dəyişib və ən azından Yunanıstana kəmərin tikintisini maliyyələşdirmək variantını təklif edib. “Türk axını”nın sələfi olan “Cənub axını” kəmərini də məhz bu sxemlə inşa etmək nəzərdə tutulmuşdu” – qəzet qeyd edib.
“Türk axını” kəmərinin Yunanıstandan keçən hissəsinin tikintisi isə 2 milyard avroya başa gələ bilər. İndiyədək “Qazprom” Yunanıstana ancaq onu vəd edirdi ki, bu kəmərlə iştirakçı ölkələrin ərazisindən qaz nəqlinə təminat verir. Bu isə iştirakçı ölkələrə kəmərin inşası üçün kreditlər cəlb etməyə imkan yaradacaq. Öz növbəsində Afina Rusiyadan milyardlarla avro dövlət krediti almağı və sonradan onu “Türk axını”ından əldə ediləcək tranzit gəlirləri hesabına qaytarmağı nəzərdə tuturdu. Ancaq Moskva kredit verməyə razı olmayıb, hətta etiraf edib ki, bunu etmək mümkün deyil. Çünki Yunanıstanın iri kreditoru olan Avropa Birliyi bu ölkənin digər mənbələrdən maliyyələşməsinə əngəllər yarada bilər.
*    *    *    *    *
Sirr deyil ki, “Türk axını” kəməri Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinə rəqib layihə kimi də nəzərdən keçirilir. Hərçənd ki, SOCAR bu layihədən narahat olmadığını açıqlayıb. “Qazprom” isə hazırda birtərəfli qaydada kəmərin Qara dənizin Rusiyanın iqtisadi zonasına aid hissəsində tikintisini başlatdığını elan edib.
Türkiyə tərəfi hələlik bu layihəyə dair hansısa razılaşma imzalamayıb. Ankaranın mövqeyi Türkiyədə yaxın günlərdə keçiriləcək parlament seçkilərindən sonra dəqiqləşə bilər. Analitiklərin qənaətincə, “Qazprom”un Yunanıstanı cidd-cəhdlə “Türk axını” kəmərinə qoşmaq səylərində ən ciddi “kozır”ı ortaya atması vəziyyəti onun xeyrinə dəyişdirə bilər. 
ABŞ və Avropa Birliyi isə Yunanıstana təzyiqləri davam etdirir ki, Afina layihədən uzaq dursun və Azərbaycan qazını Avropaya nəql edəcək TAP kəmərinin tikintisinə başlasın. Lakin Yunanıstanın energetika naziri bir daha təsdiq edib ki, onun ölkəsi “Türk axını” layihəsini dəstəkləyir…
*****
Beləcə, iki layihə uğrunda rəqabət gizli-açıq şəkildə davam edir və faktiki, yeni fazaya keçib. Azərbaycan da belə görünür, gedən proseslərin fərqindədir və müəyyən dərəcədə narahatdır. Buna prezident İlham Əliyev son 28 May-Respublika Günü münasibətilə etdiyi çıxışında işarə də vurub. Ölkə başçısı həmin çıxışda demişdi: “Əlbəttə ki, bizim bazarlara çıxışımızla bağlı konkret addımlar atılır. Əgər TAP layihəsinə hansısa problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar”.
Göründüyü kimi, İlham Əliyev bütün hallarda Azərbaycan qazının Rusiyadan yan keçməklə Avropaya çatdırılması strategiyasına Bakının sadiq qaldığını təsdiq edib ki, bu da əslində yenə Rusiyanın qaz maraqlarına uyğun deyil. İstisna edilmir ki, Bakıda I Avropa Oyunlarının açılış mərasimi bu və digər məsələlərin də tet-a-tet müzakirəsi üçün unikal fürsət yaratsın.
Bəllidir ki, mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin qatılacağı rəsmən elan edilib. Qardaş Türkiyə ilə Azərbaycanın mübahisə doğuracaq problemi yoxdur. Putinin mətbuat xidməti isə açıqlama yaymışdı ki, Rusiya liderinin Bakıya işgüzar səfərinin gündəliyi az sonra açıqlanacaq. Bu, o anlama gəlir ki, Kreml başçısının Bakı ziyarəti sırf Avropa Oyunları ilə də bağlı deyil və ikitərəfli, hətta mümkündür ki, üçtərəfli formatda (Əliyev-Putin-Ərdoğan) müzakirə ediləsi ortaq məsələlər ola bilər.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sökülən villaların əksəriyyəti nazirlərə məxsususdur…

Next Post

“Oyunlar zolağı”nda çıxarılan oyun…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Oyunlar zolağı”nda çıxarılan oyun…

"Apple"də kimyəvi sızma

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.