"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qazaxda tutulan erməni əsir danışdı – (Video)

03 Sentyabr 2014 - 08:40
in FLƏŞ, GÜNDƏM

Bir neçə gün öncə Azərbaycan tərəfə keçmiş Ermənistan vətəndaşı Sərkis Ananyan hazırda Müdafiə62524_res_01 Nazirliyinin hospitalında müalicə alır.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Ermənistandakı iqtisadi vəziyyətdən qaçdığını deyən Ananyan yaşadığı Noyamberyan rayonunun onlarla sakininin imkansızlıq səbəbindən Azərbaycana üz tutmağa hazır olduğunu deyir.

53 yaşlı Ananyan Sərkis Norikoviç Ermənistanın Tavuş vilayətinin Noyamberyan rayonundandır. Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 26-sı Qazaxın Kəmərli kəndi istiqamətindən könüllü olaraq Azərbaycan tərəfə keçib.

Sərkisin sözlərinə görə, həyat yoldaşı 2008-ci ildə öldükdən sonra Noyamberyanda tək yaşayıb, xırda ticarətlə məşğul olub. Dolanışıq pis olduğundan 2 oğlundan biri Rusiyaya, digəri isə İrəvana çörək dalınca gedib. Lakin son vaxtlar maddi durumu daha da ağırlaşdığından Azərbaycana qaçmağa qərar verib.

“Dolanışıq çox pis idi, bunu Ermənistanda hamı bilir. Axır-axırda vəziyyət daha dözülməz olduğu üçün bezmişdim. Dedim ki, keçirəm Azərbaycana. Qardaşım oğluna məsləhət edəndə dedi ki, özün bilərsən, keçirsən keç” – deyə Sərkis Ananyan deyib.

Sərkis qardaşı oğlundan xahiş edib ki, yalnız Azərbaycan tərəfə keçəndən sonra oğlanlarına bu barədə məlumat versin.

Axşam saatlarında piyada yola düşüb. Dediyinə görə, təxminən 8-10 kilometr piyada yol qət etdikdən sonra Qazaxın Kəmərli kəndi yaxınlığındakı postda azərbaycanlı əsgərlər tərəfindən saxlanılıb.

“Aclıqdı deyə hərə bir yolla qaçıb çıxır oradan. Kimin işi var qalır, işsizdirsə, mənim kimi məcburdur gəlsin bu tərəfə. Kəndlərin sərhədə yaxın hissəsi minalanıb. Həmçinin çöl yolları minalayıblar. Noyamberyanda 8 min adam qalıb” – deyə girov söyləyib.

Sərkis Azərbaycanda saxlanma şəraitindən razıdır. Hazırda o, Müdafiə Nazirliyinin hospitalında müalicə olunur: “Hər şey göz qabağındadır, mənə yaxşı baxırlar. Ayağımda problem var idi, burda kömək elədilər mənə. İstəyərdim ki, oğlanlarımla əlaqə saxlayım. Başqa yemək, içmək, siqaretlə təmin olunmuşam. Mən əvvəllər azərbaycanılarla bir yerdə işləmişəm, ona görə az-maz Azərbaycan dilində bəzi sözləri bilirəm. Azərbaycanlı qonşularım da olub”.

Sərkis Ananyan ayağında qüsur olduğundan orta məktəbi tam oxuya bilməyib. Hərbi xidmətdə də olmayıb. Hərbi xidmətdən danışmışkən girov bildirir ki, heç kim Ermənistanda könüllü surətdə xidmətə yollanmır. Qarabağ bölgəsinə isə əsgərlər püşkatma yolu ilə xidmətə göndərilirlər.

S.Ananyan Ermənistana yalnız iqtisadi vəziyyət yaxşılaşacağı təqdirdə qayıdacağını deyir.

 

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran tarixçisi ermənilərlə birgə Azərbaycana hücuma keçdi – (Film)

Next Post

Çingiz Aytmatov haqqında film

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Çingiz Aytmatov haqqında film

NATO Ukraynada Azərbaycanın da qatılacağı təlimlərə hazırlaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.