Qazaxıstan Qırğızıstanla sərhəddəki 7 ədəd sərhəd-keçid məntəqəsindən 5-ni bağlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.
“Qazaxıstan tərəfi Vahid İnformasiya Sistemində yaranmış nasazlıq səbəbindən 2022-ci il yanvarın 7-dən sərhəd-buraxılış məntəqələrində insanların, nəqliyyat vasitələrinin və malların keçidini birtərəfli qaydada müvəqqəti dayandırıb”, – məlumatda qeyd olunub.





