Qazaxıstanın tək mərkəzdən hazırlanan terror aktları nəticəsində güzəşt üzərinə güzəşt verilməsi hədəflənmişdi.
Elchi.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.
“Aydındır ki, Qazaxıstandakı böhran regional müqaviməti sınaqdan keçirdi. Daxili və xarici dinamikanı düzgün təhlil etmədən Qazaxıstanın hansı təhlükələrə məruz qaldığını anlamaq bizim üçün çətindir. Qazaxıstanda hadisələrin qarşısı alınıb. İmperialist dairələrin bundan sonra da boş qalmayacaqları dəqiqdir. Soyuq müharibə dövrünün tarixi simmetriyası var. Hədəf türk-islam coğrafiyalarıdır. Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı qeyri-sabitliyə qarşı məsuliyyətli mövqe sərgiləyib”, – Bağçalı bildirib.




