Qazaxıstan parlamentinin yuxarı palatası təhsil və tərbiyə məsələləri ilə bağlı qanunvericiliyə əlavələr edilməsi haqqında qanunu təsdiqləyib, bu qanunla məktəblərdə dərs zamanı mobil telefondan istifadəyə qadağa qoyulması təklif edilir.
Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.
“Qısamüddətli kurrikulumda tələb olunan hallar istisna olmaqla, tələbələrin dərs zamanı mobil telefondan istifadəsinin qanuni olaraq qadağan edilməsi təklif olunur”, – deyə Senatın üzvü Talqat Junusov bildirib.
O, qeyd edib ki, tələbələrin dərs zamanı diqqətinin yayınmaması üçün bu təcrübə artıq bir sıra ölkələrdə mövcuddur.
Yeganə






