“Qazprom” 2023-cü ilin martına qədər yeni müqaviləyə əsasən Azərbaycana 1 milyard kubmetrədək qaz tədarük edəcək.
Elchi.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
“Noyabrın 15-də yeni qaz alğı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd “Qazprom Eksport” MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb. Müqavilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək tədarükü nəzərdə tutur”, – məlumatda qeyd olunub.
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...





