SOCAR Rusiyanın “Qazprom” şirkəti ilə qaz alışı barədə danışıqlar aparmır.
Bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, SOCAR artıq “Qazprom”a Rusiya qazının mümkün alışı ilə bağlı təkliflər göndərib, lakin hazırda bu barədə heç bir danışıqlar aparılmır:
“Bizə yataqlara vurulan texniki qaz lazım idi. Əgər biz dediyimiz şərtlərlə qaz satacaqlarsa, alacağıq. Əgər biz dediyimiz şərtlərlə satmasalar, almayacağıq. Ümumilikdə, bizim üçün qaz almaq o qədər də vacib deyil”, – deyə R. Abdullayev qeyd edib.




