"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

QHT-lərdən BMT-nin aksiya ilə bağlı məlumatına cavab

29 Dekabr 2022 - 13:14
in GÜNDƏM

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı dekabrın 27-də yaydığı məlumata dair vətəndaş cəmiyyəti nümayəndələri bəyanat yayıblar.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az bəyanatın mətnini təqdim edir:

“Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı keçirilən dinc etiraz aksiyası ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi Tvitter hesabında 27 dekabr tarixində edilən paylaşımla bağlı təəssüf hissimizi ifadə edirik.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından daha obyektiv, qərəzsiz və ədalətli yanaşma gözlənilsə də, qurumun sosial şəbəkə vasitəsilə paylaşdığı fikirlər həqiqəti əks etdirməməklə yanaşı, regionda sülh quruculuğu fəaliyyətinə kölgə salmaqdadır.

Məsələ ilə bağlı bildiririk ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində Ermənistan tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz istismarı, habelə nəticədə həmin ərazidə yaranan ciddi ekoloji fəsadlar vətəndaş cəmiyyəti nümayəndələrində narahatlıq yaratmaqdadır. Bu səbəbdən faydalı qazıntı yataqlarımızın qanunsuz istismarını dünya ictimaiyyətinin diqqətini çatdırmaq məqsədilə dinc aksiya keçirilir.

Eyni zamanda onuda vurğulamaq istəyirik ki, televiziya kanalları üzərindən müntəzəm birbaşa yayımlardan, habelə sosial şəbəkələr və mətbuatda yayılmış videolardan aşkar görünür ki, sözügedən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlər üçün zəruri qida vasitələrinin təminat maşınları, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım, habelə Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi – Laçın yolu vasitəsilə sərbəst keçidinə aksiya iştirakçıları tərəfindən gündəlik əsasda şərait yaradılır.

Həmçinin hər hansı zəruri ehtiyaclar yaranarsa, aksiya iştirakçıları tərəfindən ərazilərimizdə yaşayan erməni əsilli sakinlərə kömək göstərilməsinə hazır olduğumuzu da dəfələrlə bəyan etmişik. Bu yanaşmanı sübut edən təşəbbüslərdən biri də Azərbaycanın Qarabağ iqtisadi rayonunda humanitar yardımla bağlı ehtiyaclar üçün QHT-lər tərəfindən qaynar xəttin (+994702779911) yaradılmasıdır.

Bu bəyənatı imzalayan vətəndaş cəmiyyəti üzvləri olaraq, qərəzli yanaşmalardan çəkinməyin zəruriliyini vurğulayaraq, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını həqiqəti əks etdirməyən məlumatları yayımlamaqdan çəkinməyə və bölgədə sülhün bərpasına dəstək verməyə, qarşılıqlı etibarın artırılmasına təşəbbüs göstərməyə çağırırırıq”.

Bəyanatı aşağıdakı QHT nümayəndələri imzalayıblar.

Rəsul Cəfərov- Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi

Qəmzə Yusubova- Ekoloji Maarifçilik və Monitorinq ictimai birliyi

Umud Mirzəyev- Beynəlxalq Avrasiya Mətbuat Fondu

Qorxmaz İbrahimli- Biosfer İctimai Birliyi

Səadət Bənənyarlı- Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi

Rəfail Becanov- İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi

Rauf Zeyni- Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu

Ayaz Mirzəyev-“Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi”

Anar Xəlilov-“Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyi

Ramil İsgəndərli- Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi

Xalid Kazımov- Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi

İlqar Hüseynli- Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar ictimai birliyi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabahın hava proqnozu açıqlandı

Next Post

Sabah bu rayonda qaz olmayacaq

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Sabah Sumqayıtda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

Bayramda Əfv Sərəncamı olacaq? – AÇIQLAMA

Bayramda Əfv Sərəncamı olacaq? - AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.