"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

QHT rəhbərləri Obamanın çıxışından ürəklənib

26 Sentyabr 2014 - 09:16
in SİYASƏT

img1631679Qubad İbadoğlu: “Bu, Azərbaycana ən yüksək səviyyədə təzyiqdir”; Mirvari Qəhrəmanlı: “Azərbaycanın müvafiq qurumları bu vəziyyətdən ciddi nəticə çıxartmalı, normal qərarlar verməlidir”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ prezidenti Barak Obamanın sonuncu çıxışı zamanı Azərbaycanda qeyri-hökumət təşkilatlarının vəziyyətindən narahatlıq ifadə etməsi ümidləri artırıb. Vəziyyətləri o qədər də yaxşı olmayan QHT-lər bu çıxışdan sonra vəziyyətin düzələcəyini güman edirlər.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı çıxışı zamanı ölkəmizdəki QHT-lərin fəaliyyətinin çətinləşdiyini vurğulayıb…
Vətəndaş cəmiyyətinin inkişafına həsr olunmuş çıxışında Obama avtoritar cəmiyyətlərdə müxalif fikirli insanların, fəalların məqsədyönlü şəkildə hədəfə alındığını qeyd edib. Onun sözlərinə görə, rejimlər bu cür basqılarla cəmiyyətin inkişafının qarşısını alır, onu azadlıqdan məhrum edir və insanların rifahına əngəl olur. Həbs olunan vətəndaş cəmiyyəti fəallarının dərhal azadlığa buraxılmasına səsləyən Ağ Ev başçısı sivil cəmiyyətə basqıları demokratiyaya hücum kimi dəyərləndirib və deyib ki, demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var.
Ekspertlər isə məlum çıxışda Azərbaycanın adının ayrıca vurğulanmasının çox ciddi bir məsələ olduğunu deyirlər. Obamanın dedikləri çox ciddi və sərt ittiham hesab edilir. Bildirilir ki, bu çıxışla Azərbaycana ABŞ-ın və dünyanın birinci şəxsi tərəfindən sərt şəkildə mesaj verilib və Azərbaycan hakimiyyəti bunu ciddi şəkildə düşünməlidir. Həmçinin bu çıxışın Avropa Parlamentinin sanksiya hədələrindən sonra olması da ciddi düşünməyə əsas verir. Qısası, ekspertlərin fikrincə, Azərbaycana qarşı müəyyən sanksiyaların tətbiqi də istisna deyil.
QHT rəhbərləri B.Obamanın çıxışından sonra vəziyyətin yaxşılığa doğru dəyişəcəyini güman edirlər. İqtisadçı Vüqar Bayramov bildirir ki, bu çıxışdan sonra vəziyyətin yaxşılaşacağını gözləyirlər: “Gözləyirik ki, vəziyyətin yaxşılaşması istiqamətində addımlar atılsın. Heç bir ölkənin vətəndaş cəmiyyəti olmadan inkişafı mümkün deyil. Azərbaycan hökuməti də ümid edirəm ki, bu çətinliklərin aradan qaldırılması ilə bağlı addımlar atılmasının tərəfdarıdır. Biz hökumət qurumları ilə, həmçinin beynəlxalq təşkilatlarla bu istiqamətdə, QHT-lərin durumunun yaxşılaşması istiqamətində danışıqlar aparırıq. Problemlərin yaxın zamanlarda aradan qaldırılacağı və həll ediləcəyinə ümidimiz var”. O bildirir ki, problemlər dövlətə aid olmayan subyektlər tərəfindən də yaradılır. Məsələn, banklar QHT-lərin hesablarının saxlanma xərclərini bir neçə dəfə artırıb: “Biz həmçinin qrant layihələrinin elektron qeydiyyatı ilə bağlı müraciətlər etmişik. Həmçinin QHT-lərin qeydiyyatının asanlaşdırılması ilə bağlı istək var”.
İqtisadçı Qubad İbadoğlu isə qeyd edir ki, Obamaya qədər də kifayət qədər bu məsələyə münasibət bildirilmişdi. Bu münasibətlər çox müxtəlif, fərqli ölçülü və məzmunlu idi. “Hər halda, Azərbaycanla bağlı vəziyyəti Obamanın dəyərləndirməsi artıq bu məsələnin Azərbaycan üçün ən yüksək səviyyədə təzyiqin olması deməkdir. Düşünürəm ki, müəyyən dərəcədə Azərbaycan-Amerika münasibətlərinin rolunu dəyərləndirənlər daha məsuliyyətli qərarlar qəbul etmək məcburiyyətində qalacaqlar. Bu məsələyə hakimiyyət daxilində də fərqli münasibət var. Bu çıxış yalnız Azərbaycan vətəndaş cəmiyyətinə dəstək deyil. Həm də hakimiyyətin daxilində olan və bu məsələyə münasibətdə normal, fərqli mövqe tutan qruplara da dəstəkdir”. Onun sözlərinə görə, bu baxımdan müəyyən mənada qərarların ciddiliyi də məsuliyyəti artıracaq: “Amma nəyinsə güclü şəkildə dəyişəcəyinə yaxın zamanda inanmıram. Artıq vətəndaş cəmiyyəti güclü zərbə alıb. QHT rəhbərlərinin bir qrupu ölkəni tərk edib, bir qrupu həbsdədir, bir qrupuna cinayət işi açılıb, bəziləri mövqesiz fəaliyyətə keçib, bir qismi də gözləmə mövqeyindədir, proseslərə heç bir münasibət bildirmir. Bu səbəbdən vətəndaş cəmiyyətinin əvvəlki səviyyədə gücünü bərpa etmək mümkün deyil”.
Qeyd edək ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da Obamanın qərarının ciddiliyinə diqqət çəkib. Onun fikrincə, Azərbaycanda bir çoxları hələlik Obamanın çıxışının çox ciddi olduğunu anlamır: “Bundan əvvəlki sanksiya xəbərdarlıqları və ABŞ liderinin çıxışı ölkənin imicinə çox ciddi təsir edəcək. Belə mövqelər ölkədə demokratiyanın taleyinin sual altında olduğunu göstərir. Obamanın mövqeyi Avropadan gələn çağırışların, Azərbaycandakı vəziyyətin daha ciddi olduğunu təsdiq etdi. Yəqin ki, bundan sonra sanksiyaların tətbiqi gələcək. Sadəcə, ölkə iqtisadiyyatına ziyan vuracaq sanksiyaların tətbiq olunmasının əleyhinəyəm”. M.Qəhrəmanlı ABŞ prezidentinin bəyanatına normal yanaşmanı zəruri sayır: “Obamanın mövqeyi indiyə qədər verilən bəyanatların nida işarəsidir. Azərbaycanın müvafiq qurumları bu vəziyyətdən ciddi nəticə çıxartmalı, normal qərarlar verməlidir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Hafka”nın şok məhkəmə dosyesi mətbuata sızdırıldı – iddialar gerçəkmiş!

Next Post

Nigar və Dima səhnədə şou göstərdi – FOTOLAR

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Nigar və Dima səhnədə şou göstərdi – FOTOLAR

Tanınmışlar instaqramda - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.