"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qida Təhlükəsizliyi Reyestri yaradılır

04 Mart 2022 - 18:10
in XƏBƏR LENTİ

Milli Məclisdə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qanun layihəsinə əsasən, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin təhlükəsizliyinə dair tələblər müəyyənləşir. Xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir:

– uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;

– gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları;

– insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları.

Xüsusi təyinatlı qida məhsulları aşağıdakı tələblərə uyğun istehsal edilməlidir:

– müvafiq istehlakçı qruplarının fizioloji tələbatlarını təmin etmək;

– tərkibinə yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən vitaminləri, mineralları və amin turşularını onların yol verilən hədləri çərçivəsində qatmaq.

Xüsusi təyinatlı qida məhsullarının təhlükəsizliyinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. Qida subyektləri bioloji aktiv qida maddələrinin emalı zamanı yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş vitaminlərdən və minerallardan istifadə edə bilərlər. Bioloji aktiv qida maddələrinin emalına və dövriyyəsinə həmin maddələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Bioloji aktiv qida maddələrinin emalı və dövriyyəsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

Eyni zamanda layihəyə görə, qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhlükəsizliyi Reyestrinə daxil ediləcək və onlara Reyestrdən elektron və ya yazılı çıxarış veriləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq olunmuş xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinə dair Reyestrdən çıxarışları elektron qaydada gömrük orqanına təqdim edəcək.

Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qiymətləndirmənin aparılması ilə bağlı xərclər həmin obyektlərə cavabdeh olan qida subyektlərinin və ya səlahiyyətli nümayəndəsinin vəsaiti hesabına ödənilir.

Təsdiqi nəzərdə tutulan qida obyektlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan qiymətləndirmələrin nəticələrinə əsasən uyğunsuzluqlar aşkar edildikdə, həmin obyektlər aşkar edilmiş uyğunsuzluqların xüsusiyyəti və yaratdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida obyektlərinin təsdiq qaydasında müəyyən edilmiş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilir.

Aşkar edilmiş uyğunsuzluqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda həmin obyektlərin təsdiqi ləğv olunur. Bu obyektlərdə uyğunsuzluqların aradan qaldırılması üçün verilmiş müddətdə əlavə nəzarət tədbirləri həyata keçirilə bilər.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bakcell”in Qarabağdakı investisiyaları 23 mln. manata çatdırılacaq

Next Post

Kiyevdən təxliyə edilən 1100 azərbaycanlı Rumıniyadadır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Kiyevdən təxliyə edilən 1100 azərbaycanlı Rumıniyadadır

Kiyevdən təxliyə edilən 1100 azərbaycanlı Rumıniyadadır

Ukraynada raket avtomobilin üzərinə düşüb, bir azərbaycanlı ölüb, biri yaralanıb 

Ukraynada raket avtomobilin üzərinə düşüb, bir azərbaycanlı ölüb, biri yaralanıb 

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.