"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qidalar haqda şok cinayət faktı – Məhsulların istehsal tarixi dəyişdirilir

20 May 2016 - 13:59
in XƏBƏR LENTİ

Son günlər sosial şəbəkələrdə məhsulların istehsal tarixinin dəyişdirilməsi ilə bağlı məlumatlar paylaşılır.

Bəzi şirkətlər marketlərdə istehlak müddəti başa çatmış məhsulları geri götürərək paketi və üzərindəki istehsal tarixini dəyişdirməklə yenidən satışa çıxarırlar. Bu da ən yaxşı halda vətəndaşın zəhərlənməsi ilə nəticələnir. Bir neçə dəfə bu cür hallar nəticəsində ölüm faktı da qeydə alınıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Jurnalist Anar Bayramoğlu sosial şəbəkə hesabında bununla bağlı məlumat paylaşıb. Qeyd edib ki, aldığı xamanın istifadə müddətinin 2 ay olmasına baxmayaraq, məhsul xarab olub. Jurnalist qısa araşdırma etdiyini və nəticədə bir sıra gündəlik təlabat mallarının istehsal tarixlərini dəyişdirərək, yenidən satışa çıxarıldığını aşkarladığını deyir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Admiral.az-a bildirib ki, idarəyə bununla bağlı mütəmadi şikayətlər daxil olur: “Tez-tez bu cür şikayətlər və telefon zəngləri alırıq. Müvafiq dövlət qurumları dəfələrlə bu cür fəaliyyət göstərən şəbəkələri ifşa edib. Təəssüf ki, bu problem hələ də yaşanır. Son daxil olan şikayətlərdən biri Bakı-Sumqayıt şossesinin yaxınlığında yalnız gecələr fəaliyyət göstərən şəbəkə barədə olub və bildirilib ki, məhsulların paketləri, istehsal tarixləri dəyişdirilir. Digər şikayət isə “Mega Pak” adlı şirkətlə bağlıdır. Onların istehsal etdiyi məhsulun üzərində istehsal və yararlılıq müddəti qeyd edilməyib. Təəssüf ki, bəzi sahibkarlar onlar üçün yaradılan münbit şəraitdən sui-istifadə edirlər. Bu cür hallarla qarşılaşan zaman vətəndaşlar İqtisadiyyat Nazirliyinin 195-2 nömrəsi ilə əlaqə saxlamalı, eyni zamanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər ki, məsələ araşdırılsın”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bunun birbaşa olaraq cinayət hadisəsi olduğuna diqqət çəkir:“Bu cür hallar arzuolunmazdır və birmənalı olaraq deyə bilərəm ki, bu, cinayətdir. İstehlakçıların həyat və sağlamlığının qorunması üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Eyni zamanda, sahibkarların da müasir standartlara uyğun fəaliyyətinin qurulması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl islahatlar aparılır. Bu cür islahatlardan biri də məhz sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasıdır. Sahibkarlar üçün bu, özfəaliyyətlərinin genişləndirilməsi, istehlakçılara standartlara uyğun xidmət göstərilməsi, məhsulların xarici bazara çıxarılması üçün gözəl fürsətdir. Çox təəssüf ki, bu islahatlardan sui-istifadə edən sahibkarlar da var. Arzuolunmaz hallar da məhz həmin sahibkarlar tərəfindən edilir. Sosial şəbəkələrdə biz də bu cür hallarla rastlaşırıq, amma rəsmi olaraq müraciət daxil olmayıb”.

İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev isə bu cür hallarla bağlı heç bir müraciətin daxil olmadığını deyir: “Bizə bu cür məlumat daxil olmayıb. Müşahidə və monitorinqlərimiz zamanı da bununla qarşılaşmamışıq. Əgər hər hansı istehlakçı hüququnun pozulması halı ilə qarılaşarsa, bizimlə əlaqə saxlaya və ya rəsmi şəkildə müraciət edə bilər. Biz həmin problemləri araşdırmağa hazırıq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Metsamor`un nüvə tullantıları Qarabağda basdırılır – ŞOK FAKTLAR

Next Post

İcra başçısının evində faciə – ölən var

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İcra başçısının evində faciə - ölən var

`Sarkisyan Qarabağ döyüşünü uduzur` - Rusiyalı politoloq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.