Qırğızıstan parlamentinin sədri Nurlan Şakiyev ətraf mühitin mühafizəsi naziri Dinara Kutmanovanın çıxışını rus dilinə görə yarımçıq kəsib.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Sputnik “Qırğızıstan” Teleqram kanalında məlumat verilib.
D.Kutmanova Bişkekdə dumanla mübarizədə görülən işlər barədə məlumat verib. Ancaq parlament sədri N.Şakiyev nazirin çıxışını yarımçıq saxlayıb və qeyd edib ki, hesabat qırğız dilində davam etdirilməlidir. Bundan sonra nazir nitqini rus dilində kəsərək qırğızca davam edib.
Yeganə





