Qırmızı dənizdə gərginlik səngimək bilmir. Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ABŞ-ın iki hərbi gəmisinə raket və pilotsuz təyyarələrlə hücum etdiklərini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı da husilərə aid raketləri vurduğunu bildirib.
Elchi.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Britaniya qüvvələrinin ölkənin qərbindəki Əl-Hüdeydə şəhərinə 6 hücum təşkil etdiyini açıqlayıb.
Hücumlar nəticəsində can və ya mal itkisi ilə bağlı məlumat verilməyib.
Husilərin Hərbi Sözçüsü Qırmızı dənizdə ABŞ-ın iki hərbi gəmisinə raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildirib.
ABŞ Mərkəzi Komandanlığı da Husi bölgəsindən atılan raketlərin və pilotsuz dəniz vasitələrinin zərərsizləşdirildiyini açıqlayıb.
Nuranə Məmmədova






