"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qisas qiyamətə qalmaz, inşallah

28 Aprel 2016 - 18:56
in KÖŞƏ YAZILARI

<font color=red><b>Qisas qiyamətə qalmaz, inşallah</b></font>

Qarabağda şəhid olan azərbaycanlıların ruhuna

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Elçin Mirzəbəyli

Sonuncu dəfə Lənkəranda aprelin 16-da olmuşam… Uzun müddətli fasilədən sonra nəhayət ki, xeyir işlə bağlı getmişdim ata ocağına.
Az qala 20 ildir məni izləyən ölüm-itim zəncirinin həlqəsi qırılmışdı deyəsən… İnşallah, davamlı olar…
Şəhər məni hər zaman olduğu kimi yağışla qarşıladı. Alışmışam artıq yağışla qarşılanıb göz yaşlarıyla yola salınmağa. Amma bu dəfə göz yaşları yox idi. Yağışla qarşılanıb yağışla da yola salındım.
Sıradanbir səfər idi bəlkə də… Sıradanbir gediş və dönüş… Həyatımızın ritminə uyğun, ildırım sürətli görüş və ayrılıqlar… Amma yox, bu dəfə hər şey fərqli idi. Hətta yolun özü də… İldırım sürətilə görüşüb ayrıldığım doğmaların, tanışların və heç vaxt qarşılaşmadığım insanların siması da…
Hər gedişimdə kədərli gördüyüm gözlərdə bir alov, solğun simalarda bir işıq vardı… İnsanların ruhu ayaqdaydı… Səndirləmirdilər, sağa-sola var-gəl eləmirdilər. Dimdik dayanmışdılar!
Qarşılaşdığım hər kəs məndən Qarabağı soruşurdu… Bəlkə də son vaxtlar bu mövzu ətrafında ən çox danışan və yazanlardan biri olduğum üçün… Bəlkə də güvəndikləri üçün… Səbəbini bilmirəm. Amma onların heç birinin üzündə etnik mənsubiyyətləri yazılmamışdı. Bir-birilərinə bənzəyirdilər. Qardaş kimi, bacı kimi, ən doğma, ən əziz adam kimi. Eyni mədəniyyəti, eyni taleyi, qədəri, qisməti paylaşan azərbaycanlılar kimi Azərbaycana bənzəyirdilər bu adamlar.
Kimin türk, kimin talış olduğunu bilmirdim, heç bilmək də istəmirdim… Çünki aralarında heç bir fərq yox idi. Adam kimi adam idilər – sevgi dolu, sayğı dolu… Qürurlu, əzmli, döyüşə hazır bir əsgər kimi dayanmışdılar gözümün önündə.
Qarabağ deyəndə dodaqları yüz yerdən çat verirdi hər birinin… Suya təşnə adamlar kimi sanki şipşirin, buz kimi suyu olan bulaq haqqında danışırdılar.
Nəinki gözləri, dodaqları, hətta onları bütün qayğılara baxmayaraq dimdik ayaq üstə saxlayan ruhları belə Qarabağ deyirdi…
Heç vaxt doğulduğum torpaq haqqında yazmamışam. Buna görə qınanmalıyam, ya yox, deyə bilmərəm. Bəlkə də Azərbaycana bütöv baxmaq qayəmdən qaynaqlanıb. Tarix boyu paramparça edilmiş Vətənin üzərində dövlət qurduğumuz kiçik bir parçasını bölgələrə, kəndlərə ayırmaqdan qorxmuşam. Əslində bu düşüncəni, bu yanaşmanı sonradan mənimsəməmişəm. Mənim dünyaya göz açdığım Lənkəranda hər kəs belə düşünürdü və indi də belə düşünür! Bunu qarşıma çıxan və məni fasiləsiz olaraq sual yağışına tutan insanların baxışlarından duydum. Səmimiyyəti oynamaq olmur… Dünyanın hər üzünü görmüşəm, bir baxış, bir cizgi tərpənişi yetərlidi qarşımdakının kimliyini anlamam üçün. Qarşımda isə Lənkəran sakinləri deyil, sanki Ağdamdan, Şuşadan, Zəngiləndan, Qubadlıdan, Xocalıdan və yağmalanmış neçə-neçə yurd yerlərimizdən didərgin düşmüş, intiqam hissi ilə alışıb yanan qarabağlılar, bütöv Azərbaycan böyüklükdə ürəyi olan azərbaycanlılar dayanmışdı.
…Bəlkə də bu yazını heç vaxt qələmə almayacaqdım. Səbəbkar Aqil Abbas oldu…
Daha doğrusu, Aqil Abbasın “Qarabağda şəhid olan talışların ruhuna” yazdığı yazı.
Buna görə, Aqil Abbasa təşəkkür etməyəcəyəm. Aqil Abbas nə yazmalıydısa onu da yazıb. Hər zaman olduğu kimi özünü yazıb və özü kimi yazıb.
Dopdolu yazıb bu yazını “Dolu”nun müəllifi…
Mən isə bu yazımı Qarabağda şəhid olan azərbaycanlıların ruhuna ithaf edirəm. O azərbaycanlıların ki, uğrunda canlarını fəda etdikləri torpağı Azərbaycanın bir parçası kimi qoruyublar və onları ölümə aparan yola da məhz bunun üçün çıxıblar…
Qarabağda şəhid olan bütün azərbaycanlıların – türklərin, talışların, ləzgilərin, avarların, tatların, kürdlərin, yəhudilərin, ukraynalıların qanı bir-birilə qol-boyun olub o torpaqlarda. Məni Lənkəranda sual yağışına tutanların ruhunu ayaqda saxlayan da o qan idi, Aqil bəy! Bizim qanımız çoxdan bir-birinə qarışıb, lap çoxdan!
Xəyanətkarların isə nə Vətəni olur, nə də milləti…
Boş verin!
O şərəfsizlərin, xəyanətkarların, onları idarə və himayə edənlərin cəzasını birlikdə verəcəyik. Və həm də etnik kimliklərini, doğulduqları bölgəni, ünvanı soruşmadan!
Qisas qiyamətə qalmaz, inşallah…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Ermənilərin yaydığı video quramadır` – Müdafiə Nazirliyi

Next Post

Azərbaycanın vitse-spikeri: `Cəbhədə müharibə gedir…`

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Azərbaycanın vitse-spikeri: `Cəbhədə müharibə gedir...`

Müdafiə naziri əmr verdi: “Düşmənin bütün hərbi obyektləri vurulsun”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.