“Qiyamət olub. Növbəti 2030-cu ildə olacaq”. Bu qorxunc iddianın müəllifi Şotland arxeoloq Qrem Hankokdur. İstiPress-in məlumatına görə, son 20 ildə apardığı qeyri-adi işləri ilə, hər bir kitabı bestseller olan alimin son iddası gələcəyə baxışımızı kökündən dəyişə bilər.
O, daha öncə də bəşəriyyətin yox olduğunu və yenidən doğulduğunu deyir. Hankokun sözlərinə görə, bu tarixdən öncə də bəşəriyyət son dərəcə inkişaf etmiş olub.
O, yeni kitabında yazır ki, dünyamız 13000 il öncə buz dövrü zamanı populyasiyasının böyük hissəsini itirib. Daha sonra planetimizlə toqquşan quyruqlu ulduz qorxunc zəlzələ, sunamilərə yol açıb. Hankok fərqli toplum və mədəniyyətlərin sel, yanğınlar səbəbindən yox olduğunu deyir.
Uzun müddət onun iddiaları rişxəndlə qarşılanıb. Ancaq ötən həftə Edinburq Üniversitetinin arxeoloqları Hankokun bir çox iddialarında haqlı ola biləcəyini açıqlayıb. Elm adamları e.ə 11000 il öncə dünyada buz dövrünün sona çatması ilə böyük fəlakətin başlaması ilə bağlı həmfikirdirlər. Ancaq bundan öncə və sonra nə baş verdiyi bəlli deyil.
Türkiyənin Şanlıurfa ərazisindəki qədim tapıntılar da onun iddialarına dəstək verən cinsdən hesab edilir. Göbeklitəpədəki daşların da üzərində ulduzun yerlə toqquşmasına aid hekayələr var.
Lakin bütün bunlar hələ Şotland alimin iddialarını təsdiqləməsi üçün yetərli deyil.
Həm də jurnalist olan Hankok qiyamətlə bağlı iddialarını bir neçə il öncə də səsləndirmişdi. O, deyirdi ki, diametri 30 km olan səma cismi Yerlə toqquşa bilər. Bu isə 2030-cu ildə gözlənilir.



