
Tacikistanda qiyamçı generalın dörd tərəfdarı məhv edilib, 17 nəfər saxlanılıb.
Avropa.info xəbər verir ki, silahlı qruplaşmanın başçısı general Əbdülhəlim Nazarzodun adamlarından Kalaşnikov avtomatı, pulemyot, döyüş sursatı müsadirə edilib.
Daha əvvəl sabiq Müdafiə naziri müavininin 72 tərəfdarının ələ keçirildiyi xəbəri verilmişdi. Dövlət orqanlarına hücum etmiş generalı dövlətə xəyanətdə, terrorçuluqda, diversiya və qanunsuz silahlı birləşmələrin yaradılmasında ittiham ediblər.
Xatırladaq ki, 4 sentyabrda Nazarzodun dəstə üzvlərinin Düşənbə ətrafında yerləşən polis məntəqələrinə hücumu zamanı 8 nəfər ölmüşdü.



