
Hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə şahidlər dindirilib.
Günel Hüseynovanın sevgilisi Asim Məmmədov ifadə verərək deyib ki, Məryəm Namətzadəni qızı vasitəsilə tanıyıb, ondan qızıl alıb və pulunu ödəyib:
“Məryəmin ölümündən xəbərim olmayıb”.
Bunun ardınca Günel Hüseynova şok iddialarla çıxış edib. O, qətlin Asim Məmmədov tərəfindən təşkil olunduğunu deyib:
“Asim anamdan qızıl alıb, pulu qaytarmamışdı. Buna görə də tez-tez davaları düşürdü. Asim o pulu qaytarmamaq üçün anamı öldürüb”.
A.Məmmədov isə keçmiş sevgilisinin yalan danışdığını deyib.
Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.
Qeyd edək ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namətzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində 41 bıçaq zərbəsi vurulmuş meyiti tapılıb.



