"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

QMİ-dən Quranın yandırılmasına sərt reaksiya

24 Yanvar 2023 - 12:12
in SOSİAL

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Stokholmda Quranı-Kərimin yandırılması ilə bağlı bəyanat yayıb.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Elchi.az bəyanatın mətnini təqdim edir:

“Yanvarın 21-də Stokholm şəhərində İsveç dövlətinin rəsmi icazəsi və himayəsi altında ultra-sağ “Sərt xətt” partiyasının başçısı tərəfindən, habelə Hollandiyada “Pegia” qrupunun lideri tərəfindən demokratiya və ifadə azadlığı şüarı altında İslam dininə, onun mübarək Peyğəmbərinə (s), Quranı-Kərimə, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktları birmənalı olaraq nifrətə çağırış, insanların əqidəsinə və ləyaqətinə qarşı törədilən mənəvi cinayətdir.

İnsan hüquqlarına, ləyaqətinə, millətlər və dinlər arasında qarşılıqlı ehtirama əsaslanan ədalətli, sülhsevər cəmiyyətlərin qurulması yolunda səylər göstərildiyi bir zamanda dünyada artmaqda olan islamofobiya təzahürləri, İslamı və müsəlmanları hədəf alan nifrət çağırışları və təhqir əməlləri bizim hədsiz narahatlığımıza və etirazımıza səbəb olur.

Belə halların özünü demokratiya carçısı, “söz azadlığı”nın beşiyi kimi qələmə verən bəzi Avropa ölkələrində cərəyan etməsi, üstəlik, bilavasitə dövlət qurumları tərəfindən izn verilərək şərait yaradılması olduqca üzücüdür. İki milyarda yaxın ardıcılı olan İslam dinini hədəf alan bu təhqir aktını qətiyyətlə pisləyir və bəyan edirik ki, artıq dəfələrlə törədilən və bu gün də törədilməkdə olan bu kimi alçaq əməllərin məqsədi beynəlxalq miqyasda ekstremizmə təkan vermək, terroru təşviq etməkdır. Dini zəmində qarşıdurmaya təşviq edən belə çağırış, təcavüz və zorakılığa təhrik edən bu cür əməllər bəşəri təhlükəyə çevrilməkdədir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma və nifaq yaratmağa xidmət edir.

Qafqaz Müsəlmanları İdarəsi – dini mərkəz olaraq bütün dünya ölkələrini, beynəlxalq təşkilatları və dini qurumları törədilən əməli qətiyyətlə qınamağa və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, dindən sui-istifadə edən ekstremizm, ksenofobiya hallarını, inancından, əqidəsindən asılı olmayaraq insanların mənəvi dəyərlərinə, dini rəmzlərinə və şəxsiyyətlərə, dinlərin müqəddəs məkanları və atributlarına qarşı nifrət çağırış və təhqir hallarının baş verməməsi üçün daha ciddi səy göstərməyə çağırırıq. Bir daha vurğulamaq istəyirik ki, söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək olmalıdır. Dünya hamımızın ümumi evidir və bu evdə əmin-amanlığı qorumaq hər birimizin vəzifəsi və borcudur.

Uca Yaradan dünyanı bəla və nadanlıqlardan qorusun! Amin!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DGK-nın bu səlahiyyəti ləğv olunur

Next Post

Əlcəzair yeni qaz kəmərinin çəkilməsi üçün İtaliya ilə razılaşır

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Əlcəzair yeni qaz kəmərinin çəkilməsi üçün İtaliya ilə razılaşır

Əlcəzair yeni qaz kəmərinin çəkilməsi üçün İtaliya ilə razılaşır

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.