“Ölkəmizdə insanların çoxu qohum nikahların fəsadları barədə məlumatlı deyil, bu haqda alimlərin, həkimlərin dediklərinə isə qulaq asmır. Məlumatları olanlar da bunu heç vecinə də almır”. Bu sözləri Elchi.az-a açıqlamasında Sosioloq Lalə Mehrəli deyib.
O, eyni zamanda əlavə edib:
“Üstəlik gözlərinin qarşısında digərlərinin belə nigahlardan qüsurlu uşaq dünyaya gətirdiklərini gördükləri halda səs çıxartmırlar. Bu haqda onlara deyiləndə isə, cavab verir: “Sən Allahdan çox bilirsən”? Hər bədbəxtliyi Allahın adına yazmaq çıxış yolu deyil.
Azərbaycanda əlillərin və fiziki qüsurluların (anadangəlmə kəkələmə və s.) 1/3-i məhz qohum nikahlarından doğulanlardır. Bunun əsas səbəbi isə valideynlərdir. Bir çox savadsız valideynin cəzasını körpələri çəkir”.
Havar Şəfiyeva





