"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qohumlarımın mülkünü satıb vəzifə almaq istəyirdim…”

04 Noyabr 2014 - 11:38
in CƏMİYYƏT

70481_res_01Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi ilə davam etdirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Virtualaz.org saytının məhkəmə prosesində iştirak etmək üçün Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, fasilədən sonra – günün ikinci yarısında məhkəmə prosesində zərərçəkmiş Ramazan Səlimov ifadə verib.

Bundan sonra sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulov məhkəməyə bəzi sənədlər təqdim edib. Sənədlərdən biri də məhkəmə işində adı keçən bağ evi ilə bağlı olub.

Bağın sahibi Nərminə Quliyeva ifadəsində göstərib ki, Mərdəkan qəsəbəsində yerləşən 1391 saylı bağı R.Səlimovdan 1 milyon 100 min manata deyil, 40 min dollara alıb. R.Səlimov isə bağını satdığını, həmin puldan sabiq vəkil Həsən Əliyevə verdiyini iddia edirdi.

N.Quliyeva ifadəsində daha sonra deyib ki, R,Səlimov ona qarşı dələduzluq edib. Buna görə polisə də müraciət edib.

Ramazan Səlimovun vəkili isə qadını yalan danışmaqda ittiham edib və məhkəməyə müraciət edəcəklərini deyib.

Bununla da proses noyabrın 17-dək təxirə salınıb.

*   *   *13:42

Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Prosesə hakim Mübariz Məmmədov sədrlik edir.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak etmək üçün Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş Ramazan Səlimov sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulovun suallarını cavablandırmalı idi.

Lakin H.Əliyevin vəkilinin suallarını cavablandırmaq istəməyən R.Səlimov istintaqa ətraflı ifadə verdiyini və ötən məhkəmə prosesində də sərbəst şəkildə ifadə verdiyini dedi. Bununla belə vəkil suallarına cavab verilməsini tələb etdi.

Vəkil S.Rəsulov R.Səlimova öncə belə sual verdi: “Siz Həsən Əliyevə verdiyinizi iddia etdiyiniz 1 milyon manatı haradan əldə etmişdiniz?”

R.Səlimov isə cavabında həmin pulu 29 sot torpağını və evini sataraq əldə etdiyini dedi.

Vəkilin “satdığınız mülklər öz adınıza olubmu” sualına isə R.Səlimovun cavabı belə oldu: “Yox, qohumlarımın adına olub”.

S.Rəsulov R.Səlimovdan istintaqa verdiyi ifadəni təsdiqləyib-təsdiqləmədiyini soruşdu. R.Səlimov ifadəsinin bir hissəsini təsdiqlədiyini, qalan hissəsinin isə onun adından yazıldığını dedi.

Müxbirimiz xəbər verir ki, onlara çəkiliş üçün icazə verilməyib. Hazırda məhkəmədə fasilədir.

Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib.

Həsən Əliyev

Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. R.Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

Qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.

2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

Səbəb məhkəmə sistemində indiyə qədər görünməyən hadisə idi – hakim onun vəzifəsinə daxil olmayan “iş”in güdazına getmişdi. Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qozbel İman” gecə kəsdiyi ağaclara görə 19200 manat cərimələndi

Next Post

Bakıda maşın partladı – (Video)

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bakıda maşın partladı - (Video)

Nəsib Nəsibli Müsavatdan istefa verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.