“Ağır oyun oldu. Çox yaxşı qol imkanlarımız oldu. Amma yararlana bilmədik”.
Elchi.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə oyundan sonra bildirib.
O, müdafiədən oynayan kollektivə qarşı çıxış etdiklərini bildirib.
“Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik. Futbolçular bunu bacarmağa qadirdirlər”, – deyə 50 yaşlı mütəxəssis bildirib.




