"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qorbaçovun SSRİ-ni NATO-ya necə satdığı üzə çıxdı – (məxfi arxiv)

09 Sentyabr 2014 - 15:57
in MARAQLI

Rusiya prezidenti Vladimir Putin NATO-nun SSRİ-ni aldatdığını və alyansın “bir santimetr də olsun” genişlənməyəcəyinə dair Mixail Qorbaçova verdiyi vədi pozduğunu dəfələrlə deyib.

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

qorbacovPutin Krımın Rusiya tərəfindən ilhaqını da NATO-nun onun ölkəsinin sərhədlərinə doğru yaxınlaşmasının qarşısını almaq səyləri ilə əsaslandırmışdı.

Avrasiya.net-in virtualaz.org -a istinadən verdiyi xəbərə görə, Britaniyanın “The Spectator” nəşri yazır ki, Rusiya siyasi elitası Qorbaçovun NATO-nun bu vədinə inanaraq Şərqi Almaniyadan sovet qoşunlarını çıxarılmasına və iki Almaniyanın birləşməsinə razılıq verdiyini deyirlər.

ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin də əlyazmalarında da NATO-nun Qorbaçova Şərqə doğru genişlənməmək vədi verdiyi göstərilir. C.Beykerin M.Qorbaçovla 1990-cı ildə baş tutmuş görüşdən olan qeydlərində deyilir ki, NATO-nun fəaliyyət sferasına Şərqə doğru genişlənmək daxil deyil.

Daha sonra C.Beyker Almaniya kansleri Helmut Kola “NATO-nun şərqə doğru bir düym də olsun genişlənməyəcəyinə dair sovetlərə vəd verdiyini” yazıb.

Ancaq SSRİ-nin dağılmasından sonra NATO Şərqə doğru genişlənmək üçün aqressiv kampaniya başlatdı və Şərqi Avropanın 10 ölkəsini öz sıralarına qəbul edərək Rusiyanın sərhədlərinə dirəndi. Daha sonra Ukrayna və Gürcüstanı da hədəf alaraq keçmiş SSRİ respublikalarına doğru genişlənməyi hədəf seçdi.

Ukraynadakı indiki böhranın arxasında da məhz bu genişlənmə planları dayanır və Rusiya alyansın genişlənməsinə qarşı cavab addımları atmaq haqqının olduğunu bildirir.

Bəs əslində necə olub? Doğrudanmı SSRİ-nin son illərində Qərb liderləri NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair Qorbaçova vəd veriblər və indi bu vədi pozurlar?

Bir neçə il əvvəl Qorbaçov Fondunda araşdırma aparmış və SSRİ-nin ilk (həm də son) prezidentinin şəxsi arxivindəki sənədlərlə tanış olmaq imkanı qazanmış rus əsilli britaniyalı tarixçi Pavel Stroilov “The Spectator”dakı məqaləsində yazır ki, əslində NATO belə vəd verməyib. Əksinə, Qorbaçov NATO-nun genişlənməsi planlarına qarşı çıxmayıb və hətta SSRİ-ni də alyansa üzv etməyə hazır olduğunu bildirib.

P.Stroilov 2004-cü ildə Londondan sığınacaq alıb, bir neçə il əvvəl isə Qorbaçov Fondunda araşdırmalar aparıb. O, ötən il Qorbaçov Fondundan götürdüyü məxfi sənədlərin bir hissəsini açıqlamışdı.

P.Stroilov yazır ki, Putinin müşavirləri Qorbaçovun Qərb liderləri ilə NATO məsələsinə dair apardığı müzakirələrin stenoqramının açıqlanmasına qadağa qoyublar. Əslində isə həmin məxfi sənədlərdə NATO-nun heç vaxt SRRİ-yə belə vəd vermədiyi sübut olunur.

Qorbaçovun görüşlərindən hazırlanan əlyazmalara görə, sovet rəhbəri 1990-cı il, mayın 25-də Fransa prezidenti Fransua Mitteranla görüşündə “Şərqi Avropada bəzi səslərin Varşava Müqaviləsi Təşkilatından çıxmaq və NATO-ya qoşulmaq barədə” danışdığını xatırladır.

Daha sonra Qorbaçov deyir: “Mənim bu dəyişikliklərə şəxsi münasibətim dramatizmdən uzaqdır. Biz bu ölkələrin özlərinin seçdikləri sistemə malik olmaq, seçdikləri həyat tərzinə malik olmaq hüquqlarını tanımışıq. Qoy onlar öz həyatlarını seçsinlər və özləri istədikləri kimi qursunlar”.

Müəllif yazır ki, əgər Qorbaçov həmin vaxt NATO-nun genişlənməyəcəyinə dair təminat almaq istəsəydi, bunu asanlıqla edərdi. Əslində isə o, bunun tam əksini istəyirdi.

Məsələn, 1990-cı il, mayın 31-də Qorbaçov ABŞ prezidenti Corc Buşu belə əmin edirdi: “Mən sizin NATO-nun funksiyalarının dəyişdirilməsinə, bu təşkilata yeni üzvlərin cəlb olunmasına yönələn səylərinizi görürəm. Əgər siz alyansın yenidən formalaşdırılması və onun tədricən ümumavropa proseslərində siyasi ağırlıqlı mərkəzə çevrilməsi kursunda ciddisinizsə, əlbəttə, bu, başqa məsələdir. Ancaq bu zaman NATO-nun əsl açıq təşkilata çevrilməsi məsələsi ortaya çıxır, hansı ki, təşkilatın qapıları heç kimin üzünə bağlı olmayacaq. O zaman biz özümüz də NATO üzvlüyü barədə fikirləşə bilərik”.

1990-cı il, iyunun 8-də isə Qorbaçov Britaniyanın baş naziri Marqaret Tetçerə belə deyib: “NATO-da  və Varşava Müqaviləsi Təşkilatında islahatlar, habelə onların arasında razılaşmalar elə situasiya yaradır ki, istənilən ölkə bu və ya digər blokdan çıxıb o birinə girə bilər. Bəs birdən biz – SSRİ NATO-ya üzv olmaq istəsək, onda necə?”

Müəllif bu sənədlərə istinadən yazır ki, əslində Qorbaçovla Qərb liderləri arasında müzakirələrdə NATO-nun genişlənməməsindən yox, onun islahatlar nəticəsində siyasi təşkilata çevrilməsindən söhbət gedirdi. Bu vəd isə yerinə yetirilib və acınacaqlı nəticələrə gətirib çıxarıb.

“Soyuq müharibə dövründə NATO-nun üstünlüyü onun sırf hərbi blok olmasında idi. Yəni sən NATO-nun hansısa üzvünə hücum etsən, avtomatik olaraq qalan üzvlərlə də müharibə vəziyyətinə düşürsən. Hər şey sadə idi. Bu müəyyənlik SSRİ-ni çəkindirirdi və Avropada 40 ildən çox sülhü təmin etdi. Bu gün isə NATO məşvərət xarakterli çoxsaylı beynəlxalq təşkilatlardan birinə çevrilib. Bu təşkilat Latviya və ya Estoniyaya hücum olacağı təqdirdə nə edəcəyini açıq demək iqtidarında belə deyil. Putin əslində bilir ki, Qərb verdiyi sözə tam əməl edib, NATO təhlükəsiz, ziyansız təşkilata çevrilib və Rusiyaya təhdid təşkil etmir. Onun Rusiyanı cilovlamaq cəhdlərinin nəticələri isə bu gün Ukraynanın şərqində özünü göstərir” – deyə tarixçi yazır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Niderland ekspertləri təyyarə qəzasına dair ilkin hesabatı bu gün açıqlayacaq

Next Post

Amerikalı futbolçu nişanlısını nokauta saldı – VİDEO

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Amerikalı futbolçu nişanlısını nokauta saldı - VİDEO

Türkiyəlilərə baxanda, bizə şükür!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.