"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qorxudan əsən ermənilər, donmuş zaman,çürüyən darvazalar…

07 Aprel 2015 - 20:10
in XƏBƏR LENTİ

Qorxudan əsən ermənilər, donmuş zaman,çürüyən darvazalar...

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Təmas xəttində snayper atışlarını iriçaplı minomyotlar, avtomatik qumbaraatanlar, hətta toplar əvəz etdiyi bir vaxtda BBC Dünya Xidmətinin əməkdaşı Reyhan Demitrie işğal altındakı Azərbaycan ərazilərində olub, oradakı həyat, “dondurlmuşmünaqişə”nin hər an avlovlanmaq riski və müharibə qorxusu altında yaşayan ermənilər haqda yazıb.
Müxbir qeyd edir ki, Ukraynanın şərqində növbəti “dondurulmuşmünaqişə”nin yarandığı bir vaxtda keçmiş Sovet İttifaqının ən üzücü münaqişəsi olan Dağlıq Qarabağ münaqişəsi hər an alovlana bilər.
Virtualaz.org saytının verdiyi xəbərə görə, BBC müxbiri Qarabağda təmas xəttinə yaxın yerləşən Madagis kəndindəki həyatı təsvir edərək yazır ki, kəndin sakinlərindən 14 yaşlı Karenin əli yoxdur. Anası LüdmilaBağdasaryan-Mirzoyan deyir ki, baş verənləri özünə bağışlamır. Karen iki il əvvəl evlərinin bağçasından partlamamış zenit mərmisi tapıb və onunla oynayanda partlayış baş verib.
“Təmas xəttində tez-tez atışmalar baş verir. Tərəflər bir-birlərini daha çox itki verməkdə ittiham edirlər, itkilərin sayı son iki ayda kəskin artıb. Lüdmila deyir ki, onun uşaqları atəş və ya sirena səsi eşidəndə hər dəfə yuxudan oyanıb soruşurlar: “Ana, müharibə yenidən başlayıb?”” – deyə BBC müxbiri yazır.
R.Demitrie Azərbaycanın ərazilərinin bir hissəsinin işğal edildiyini, 600 mindən çox azərbaycanlının məcburi köçkünə çevrildiyini xatırladır: “Bu gün Dağlıq Qarabağda çoxlu sayda xaraba evlər görmək mümkündür. Bir çoxları dağılıb, digərləri salamatdır, bağlar quruyub, qapılarda hələ də qıfıl asılıdır, ancaq darvazalar çürüyür. Sanki bu yerlərdə zaman donub. Lakin münaqişə özü çox canlıdır”.
ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında aparılan danışıqlarda irəliləyiş çox cüzidir.
İrəvanda mənzillənmiş Strateji Araşdırmalar Mərkəzinin direktoru RiçardKirakosyan deyir ki, danışıqlar minimal hədəflərə nail olmağa yönəlib: “Vasitəçilərin əsas məqsədi danışıqlar prosesini saxlamaq və müharibəni əngəlləməkdir. Real diplomatiyadan söhbət getmir, onlar heç danışıqların gündəmini də razılaşdıra bilmirlər”.
Dağlıq Qarabağın sakinləri özlərini “müstəqil DQR-in vətəndaşları” adlandırırlar. Lakin əslində təcrid olunmuş vəziyyətdə yaşayırlar. Onlar Ermənistan pasportu daşıyırlar, maliyyə və hərbi baxımdan İrəvandan asılıdırlar. Və Xocalıdakı “beynəlxalq” aeroport boşdur, çünki Azərbaycan bu aeroportdan qalxan təyyarələri vurmaqla hədələyir.
“Diplomatiyadan məyus olan Azərbaycan rəhbərliyi əraziləri hərbi yolla geri qaytarmaqla hədələyir. Neftlə zəngin ölkə silahlanmaya milyardlarla dollar xərcləyib. Və silahların əksəriyyəti Rusiyadan alınır. Bu isə Ermənistanda olduqca qeyri-populyardır”-müxbir yazır.
Madagis kəndində yaşayan Lüdmila tez-tez hesab edir ki, yeni müharibə olacaq: “Əgər daha bir müharibə olsa, biz əzab çəkəcəyik, mənim uşaqlarım əzab çəkəcək. Azərbaycan qüvvələri baxmayacaq ki, biz günahkarıq ya yox. Onlar hesab edirlər ki, biz erməniyik və yaşamaq haqqımız yoxdur”-erməni qadın qorxu içində bildirir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda növbəti dollar panikası

Next Post

ABŞ-da təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ-da təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

Futbolçusuya qarşı fırıldağ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.