Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi AES-in təhlükəsizlik məsələlərini müzakirə etmək üçün gələn həftə Zaporojye AES-ə, həmçinin Kiyev və Moskvaya səfər etmək niyyətində olduğunu açıqlayıb.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
“Gələn həftə yəqin ki, Zaporojyedə olacam, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırıram, dünən onunla bu barədə danışmışam… Və bundan sonra məncə, Moskvaya getmək məntiqli olacaq. Rusiyanın digər regionu bizim apardığımız çox mühüm dialoqu davam etdirəcək”, – deyə Qrossi bildirib.
Qrossi vurğulayıb ki, onun əsas vəzifəsi nüvə fəlakətinin qarşısını almaqdır və o, bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Yeganə





