Dekabrın 4-nə keçən gecə Rusiyanın Çeçen Respublikasının paytaxtı Qroznıda fövqəladə vəziyyət yaranıb. Üç avtomobillə hərəkət
edən yaraqlılar yol polisi postuna hücum ediblər. Silahlı toqquşmada 3 polis öldürülüb, ardınca yaraqlılar şəhərdəki Mətbuat Evini ələ keçiriblər.
Ən son məlumata görə, Mətbuat Evinə sığınmış yaraqlılarla atışma davam edir. Çeçen Respublikasının başçısı Ramzan Kadırov bəyan edib ki, 7 yaraqlı öldürülüb və əməliyyat başa çatmaq üzrədir.
https://www.youtube.com/watch?v=w4S1tGEAt2E



