Qu quşu Londonda şəhərətrafı dəmir yolu hərəkətinin dayandırılmasına səbəb olub. Belə ki, sərnişinlər bir saat qatarda qalıb.
Elchi.az bu barədə Upi.com-a istinadən bildirir.
London Nəqliyyat Departamentindən bildirilib ki, “News Elizabeth” marşrutu üzrə hərəkət yollarda yaranan maneə səbəbindən cümə axşamı saat 13.00-a qədər dayandırılıb, “Heathrow” və “Abbey Wood” hava limanları arasındakı bütün marşrutlar tamamilə bağlanıb.
Dövlət orqanı gecikmənin səbəbinin yollarda maneə olduğunu bildirib. Milli Dəmiryol şirkəti isə “Twitter”də qeyd edib ki, söhbət dəmiryolunda qu quşu olub. Sərnişinlər bir saata yaxın qatarlarda qalmalı olduqlarını bildiriblər.
Yeganə




