"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qubad İbadoğlunun tərəfdarları ilə görüşündə İsa Qəmbərin ünvanına ciddi ittihamlar səsləndirilib

06 Oktyabr 2014 - 17:13
in Banner, SİYASƏT
Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlu qurultayına yekunları ilə bağlı tərəfdarları iləqubad ibadoglu asfv görüşüb.

 

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

APA-nın məlumatına görə, Q.İbadoğlu qurultaydakı pozuntular və tərəfdarlarının tələbi barədə danışıb.

 

O, haqqının tapdalanmasına imkan verməyəcəyini vurğulayıb: “Müsavat nə bir nəfərin, nə bir ailənin, nə də bir kəsimin partiyasıdır. Biz bu yolu qələbəyə kimi davam etdirəcəyik. Bizim seçkidəki fəaliyyətimiz də partiyanın güclənməsinə töhfə idi. Biz seçki prosesinə qoşulanda partiyanın maraqlarını üstün tutmuşuq. Biz haqqımızı kimlərinsə tapdamasına imkan verməyəcəyik. Elə məsələlər var ki, Müsavatdaxili məsələlərdir və biz bunları öz aramızda həll edəcəyik. Biz səviyyəli, müdaxiləsiz öz işimizi başa çatmış hesab etdik, ancaq bizim seçimimizə haram qatanlar oldu və seçkinin nəticəsinə təsir göstərdilər. Biz onları tanıyırıq. Biz öz dostlarımızdan belə münasibət gözləmirdik. Bu gün nəticə ondan ibarətdir ki, seçkiyə müəyyən müdaxilələr olub, ədalətlilik prinsipi pozulub. Həm də bizə seçkidən sonra atılan şər-böhtanları da qəbul etmirik, çünki biz partiyanın güclənməsini istəyirik”.
Q.İbadoğlu partiyanın hazırkı rəhbərliyinə Müsavatın gələcək fəaliyyəti ilə bağlı konkret təkliflər irəli sürüb: “Tərəfdarlarımızla müzakirələrimiz nəticəsində partiyanın güclənməsi üçün bir neçə təkliflə çıxış etmişik və biz bunu partiya rəhbərliyinə təqdim edəcəyik. Güman edirik ki, təkliflərimiz 3 ay müddətində reallaşacaq. Biz təkliflərimizin 2015-ci ilin yanvarın 1-nə kimi reallaşdırılmasını tələb edəcəyik”.
O, qurultaydakı pozuntularla bağlı arayış hazırlandığını və araşdırılması üçün oktyabrın 10-da seçki komissiyasına təqdim ediləcəyini vurğulayıb: “Pozuntular varsa, buna yol verən insanlar cəzalandırılmalıdır. Bir ay müddətində bizə cavab verilməlidir”.
Sonra qurultay zamanı baş verən bəzi seçki pozuntuları barədə videogörüntülər nümayiş etdirilib.

Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) keçmiş üzvü Əlövsət Talışxanlı qurultaydakı pozuntulara görə İsa Qəmbəri ittiham edib. O, qurultayın nəticələrinin ləğv olunmasını tələb edib: “Qurultaya təsir göstərən adam İsa Qəmbər olub. İsa Qəmbər öz hərəkətləri ilə Arif Hacılının qələbəsinə şərait yaradıb. MNTK-nın təqdimatı olmadan onlarla rayon təşkilatı buraxılıb. İsa Qəmbər özünə lazım olanda MNTK-nı çağırır. Bu necə olur?”
Müsavatın Məclis üzvü Hikmət Hacızadə isə bütün pozuntu faktlarının araşdırılmasını və lazımi tədbirlərin görülməsini tələb edib.
Müsavat başqanının müşaviri, A.Hacılının tərəfdarı Səxavət Soltanlının çıxışı isə zalda narazılığa səbəb olub. O, toplantı iştirakçılarını qarşı tərəfə hörmətlə yanaşmağa, bir-birini bağışlamağa dəvət edib.
Vurğun Əyyub isə S.Soltanlıya “Sən kimsən ki, mənə nə danışmağı öyrədəsən” – deyə etiraz edib.
Toplantı iştirakçıları S.Soltanlının çıxışına imkan verməyib və o, iclası tərk edib.
Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli isə ədalətsizliyə görə bütün məsuliyyətin İsa Qəmbərin üzərinə düşdüyünü vurğulayıb.
Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Qubad İbadoğlu 200 isə səslə ikinci olub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Özbəkistandan İŞİD-ə dəstək…

Next Post

Romario deputat seçildi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Romario deputat seçildi

İrəvanda hökumət binasının qarşısında kütləvi mitinq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.