Azərbaycanın tarixi abidələrlə zəngin yerlərindən biri olan Qubada qədim tikililərin qorunması və tanıdılması
istiqamətində bir sıra addımlar atılsa da, çatışmazlıqlar hələ də qalmaqdadır.
Axar.az Regional TV-yə istinadən xəbər verir ki, Quba şəhərindəki bəzi abidələrin tanıtım lövhələrində, sözügedən obyektin ingilscə yazılışında ciddi qüsurlara yol verilib.
Ömrünün 30 ilini ingilis dilini tədris etməyə sərf edən İmran Abdullayev bildirir ki, tarixi yerlərin adlarının tərcüməsi peşəkar səviyyədə aparılmalıdır. Düzgün olmayan tərcümə əcnəbi turistlərə həmin abidə haqqında səhv məlumat verə bilər.
Tərcümədəki çatışmazlıqlarla yanaşı, digər məqam isə tarixi yer adlarının yazıldığı lövhələrin yararsız vəziyyətdə olmasıdır. Şəhərin bəzi yerlərindəki tanıtım lövhələri sındırılıb, üzərindəki yazılar pozulub.
Quba şəhərindəki tanıtım lövhələri 2 il öncə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoyulub. Məqsəd turistlərə rayondakı abidələr haqqında məlumat vermək və onların yerləşdiyi yerləri göstərməkdən ibarətdir.
Quba rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Söhrab Əmrahov tərcümələrdəki səhvlərdən xəbərdar olduqlarını bildirib. Məsələnin həll olunması üçün müvafiq orqanlar məlumatlandırılıb. Yararsız vəziyyətdə olan lövhələrin isə yaxın vaxtlarda dəyişdirilməsi gözlənilir.
Qeyd edək ki, Quba rayonunda ümumilikdə 162 tarixi memarlıq abidəsi var. Onların əksəriyyəti dövlət tərəfindən qorunan abidələrdir.
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...



