"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib

14 Mart 2022 - 16:50
in CƏMİYYƏT

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Quba rayonu Məckə-Xacə kəndində Vətən müharibəsi iştirakçısı olan veteran və qazilərlə görüş keçirilib.
Görüşdə “Vətən müharibəsi” iştirakçısı, “Fizulinin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş Elvin Bədəlov, “Vətən müharibəsi” iştirakçısı, “Xocəvəndin azad olunmasına görə” medalı ilə təltif olunmuş Elvin Seyfəddinov, “Vətən müharibəsi” iştirakçısı, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuş Məmmədyar Xudabaxışov, “Vətən müharibəsi” iştirakçısı, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuş Yasəf Alxasov və “Vətən müharibəsi” iştirakçısı, “Ağdərənin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Nail Adıgözəlov, eləcə də 14-29 yaşlı gənclər, gənc müəllimlər iştirak etmişlər.
Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəslə 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin fatehlərinin təbliği olduğunu qeyd edərək layihəyə dəstək verdiyinə görə agentliyə təşəkkürünü bildirmişdir. Zəfərin əsas fatehi olan Ali Baş Komandan cənab İlham Əliyevin hərbi dühası sayəsində öz canları və qanları bahasına 30 illik vətən həsrətinə son qoyduqlarına görə müharibə iştirakçılarına təşəkkür etmiş, şəhidlərimizə rəhmət diləmişdir.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları 44 günlük zəfərin qazanılmasında keçdikləri ağrılı-acılı, qanlı-qadalı anlardan danışmış, torpaqlarımızın azad edilməsində onların da rolu olduqlarına görə qürur duyduqlarını bildirmişlər.
Tədbirdə gənclər tərəfindən qazilərə ünvanlanmış sualları cavablandırılmış, yekunda layihə çərçivəsində hazırlanmış vətən müharibəsində şəhid olmuş 50 nəfər qubalı şəhid haqqında məlumatların yer aldığı kitablar bütün iştirakçılara təqdim edilmişdir.
Qeyd edək ki, may ayınadək davam edəcək layihə çərçivəsində gənclərin iştirakı ilə qazilərlə daha bir görüş keçiriləcək, vətən müharibəsinə həsr olunmuş intellektual yarışlar, gənclər arasında tir atıcılığı üzrə turnirlər təşkil olunacaqdır.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib
Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib
Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda yaşayan ruslar – Rusiya mətbuatında

Next Post

Ermənistanda silah taciri 100 min dollar girov müqabilində sərbəst buraxılıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ermənistanda silah taciri 100 min dollar girov müqabilində sərbəst buraxılıb

Ermənistanda silah taciri 100 min dollar girov müqabilində sərbəst buraxılıb

Ukraynada yeraltı qaz anbarı zədələnib

Ukraynada yeraltı qaz anbarı zədələnib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.