"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qubadlıda nəyim qaldı?

30 Avqust 2016 - 16:08
in KÖŞƏ YAZILARI

<font color=red><b>Qubadlıda nəyim qaldı?</b></font>

Vaxtilə saytların birində kiçik bir məqalə diqqətimi çəkmişdi. Məqalədə bildirilirdi ki, işğal altında olan Cəbrayıl və Füzuli rayonlarını biz döyüşərək tərk etməmişik. Əksinə, sonradan işğala məruz qalan rayonlarımızı özümüz boşaltmışıq. Hətta Füzuli rayonunu tərk etdikdən iki gün sonra ermənilər oraya daxil olublar. Ermənilər əvvəlcə elə zənn ediblər ki, Azərbaycan ordusu onlara tələ qurur, ancaq sonradan bunun tələ olmadığını bilib çox asanlıqla torpaqlarımıza yeyələniblər. Məqalədə bunun səbəbləri də göstərilirdi. Və bildirilirdi ki, həmin rayonlardan əhalinin çıxmasının başlıca səbəbi ordunun ərazilərdən çəkib getməsi olub. Digər bir səbəb isə, Xocalı soyqırımını yaşayan bir millətin ehtiyatlı tərpənməsi, yəni növbəti soyqırımı faktı ilə üzləşməmək üçün erməni silahlı birləşmələri gəlmədən rayonları tərk etməsidir.
Hə qədər acı olsa da, bu, bir danılmaz fakdır. Bəzən olur ki, yazılarımızda bu faktın üzərinə pərdə çəkməyə çalışırıq, ancaq reallıqdan qaçmaq mümkünsüzdür. Eyni fakt nə yazıq ki, Qubadlı rayonunda da təkrarlandı. Özü də pis bir formada…
…Hər il Qubadlı rayonunun işğalıyla bağlı təkrar olsa da belə, nəsə yazıram. Və sadəlövcəsinə ümid edirəm ki, gələn il bu torpaqları geri qaytara biləcəyik, o zaman işğalla bağlı nələrisə xatırlatmağa ehtiyac qalmayacaq, itirilmiş yurdların azad olunmasının şərəfindən danışıb, qürur duyacağıq… Təəssüf ki, ötən ilki ümidlərim bu il də alt-üst oldu. Yenə də rayonun işğal tarixindən söz açıram.
Beləliklə, 1993-cü il avqustun 31-də rus-erməni hərbi birləşmələri Qubadlı rayonunu işğal etdilər. Artıq 23 ildir qubadlılar vətən həsrəti ilə yaşayırlar. Daha doğrusu məcburən həyat sürürlər. Qubadlı Zəngilan, Laçın, Cəbrayıl, eyni zamanda, Ermənistanın Gorus və Kafan rayonları ilə sərhəddə yerləşirdi. 802 kvadrat kilometr sahəsi, 93 kəndi, 13,2 min hektar yamyaşıl meşə sahələri, Bərgüşad, Həkəri, Ağa çayı kimi çayları olan Qubadlının 28 min əhalisi əsasən Sumqayıt şəhərində və 42 yaşayış məntəqəsində məskunlaşıb. Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, bir əyani-qiyabi orta məktəb fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarında 5852 şagird təhsil alır və 1280 müəllim uşaqların təlim-tərbiyəsi ilə məşğul olurdu. Rayonda 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi. 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub vardı. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssəsi əhalinin istifadəsindəydi. Qubadlı rayonu öz tarixi abidələri ilə də məşhur idi. Gavur dərəsindəki mağara-ibadətgahın tarixi dördüncü əsrə, Muradxanlı kəndindəki Qalalı, Əliquluuşağı kəndindəki Göy qala abidələri beşinci əsrə, Dəmirçilər türbələri və Yazı düzündəki Cavanşir türbəsi on dördüncü əsrə, Gürcülü kəndindəki türbə on yeddinci əsrə, Xocamsaxlı kəndindəki türbə on səkkizinci əsrə aiddir və bu türbələr həmin yerlərin qədim tarixindən xəbər verirdi. Qubadlı ərazisində Azərbaycanın digər regionlarını birləşdirən e.ə. ikinci əsrə aid Zəncirvari qalalar sistemi vardı. Dəmirçilər kəndi ilə Dondarlı kəndi arasında Ağa çayı üzərində Hacı Bədəl körpüsü on doqquzuncu əsrə, Dondarlı kəndindəki məscidin tarixi isə on səkkizinci əsrə aiddir.
Qubadlı uğrunda döyüşlərdə 230 nəfər şəhid olub. Onlardan 12 nəfəri Milli Qəhrəmandır.
…Qubadlının işğalından 20 gün əvvəl rayona getmişdim. Xüsusi olaraq qeyd edim ki, rayonun Ermənistanla sərhədlərində döyüşlər getsə də, əhalinin yerlərini tərk etməsindən söhbət belə gedə bilməzdi. Hər kəs öz gündəlik işi ilə məşğul olurdu. Boya-başa çatdığım Mahmudlu kəndini Ermənistanın Xınzırək rayonu ilə cəmi bir neçə kənd ayırırdı. Ermənilər Qubadlı rayonunu və bir neçə kəndini, o cümlədən Mahmudlu kəndini daim atəşə tuturdular. Olurdu ki, bir neçə saat qrad qurğularından kəndin yuxarı hissəsi atəşə məruz qalırdı. Sakinlər həmin vaxt təhlükəsiz yerlərdə gizlənsələr də, onların üzündə qorxu hissi yox idi. Mən bunu tam məsuliyyətlə deyirəm. Kənddə qaldığım müddətdə bir neçə dəfə ermənilərin həmlələrinin şahidi olmuşdum. Qrad qurğularından atılan mərmilər kəndin yuxarı hissəsinə atılsa da, dağıntılar vermirdi. Ancaq bir dəfə atılan mərmilərdən biri kəndin yuxarı hissəsində olan evə düşdü və ev yanmağa başladı. Kənd camaatı yanan evi söndürmək üçün bütün fədakarlıqları göstərdilər. Yəni, qorxub-çəkinmədən evdəki əşyaların bir hissəsini yanğından xilas edə bildilər. Atəş səsləri kəsiləndə isə yenə də hər şey öz axarı ilə gedirdi. Mən o zaman kənd camaatının birliyini gördüm və içimdə sanki bir arxayınlıq yarandı. Və fikirləşdim ki, bu birlik bütün çətinlikləri dəf etməyə yetər…
Ancaq cəmi 20 gündən sonra Qubadlı rayonu işğal edildi. Əhali varından, dövlətindən, yerindən-yurdundan oldu. Başqa rayonları deyə bilmərəm, Qubadlı sakinlərinin əksəriyyəti evlərindən heç nə çıxarda bilməmişdilər. Yalnız ailələrini xilas etmək zorunda qalmışdılar. Elələri olmuşdu ki, erməni evinə od vurub yandırmasın, var-dövlətini talan etməsin deyə, özü evini yardırmışdı. Mal-qarasını isə qarşısına alaraq işğal təhlükəsindən uzaq rayonlara üz tutmuşdu. Və min bir əziyyətlə bəslədiyi mal-qaranı həmin rayonlarda dəyər-dəyməzinə satmışdı.
Yuxarıda göstərilən fakta rəğmən deyə bilərəm ki, Qubadlı rayonu işğal olunmamışdan təxminən bir həftə əvvəl oradakı ordu birləşmələri öz mövqelərini tərk etmiş, əhalini düşmənlə üz-üzə qoymuşdular. Təbii ki, əhali də bütün olanları bildiyi üçün bir fürsətə bənd imiş kimi rayonu tərk etmişdilər. Rayon işğal olunandan təxminən 10 gün sonra Bərgüşad çayı istiqamətində Zəngilan rayonuna yaxın kəndlərin sakinləri öz evlərinə qayıdaraq ev avadanlıqları götürmüşlər. Bu isə əsas verir deyək ki, qubadlılar da xocalıların aqibətini yaşamamaq üçün önləyici tədbirə əl atıblar. Ancaq onu da xüsusi olaraq vurğulamalıyam ki, ermənilər Həkəri çayı istiqamətində bir çox kəndələrə qrad qurğuları ataraq yandırmış və əhalinin həmin kəndləri tərk etməsini sürətləndirmişdilər.
…Bütün hallarda torpaqlarımız erməni işğalı altındadır və yağı düşmən ormanlarımızda atını elədən-eləyə, belədən-beləyə səyridir. Biz isə hələ də güman edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sülh yoluyla torpaqlarımızın geri qaytarılmasına nail olacaq…
…Ağdamın işğal tarixində cəmiyyətdə tanınan ağdamlılardan soruşdular ki, “Ağdamda nəyiniz qaldı?” Əksəriyyət cavab verir ki, “Ağdamda varım-dövlətim, babalarımın məzarı qaldı”. O zaman mən də özüm özümə sual verdim-mənim Qubadlıda nəyim qaldı?
Mənim Qubadlıda uşaqlığımın, gəncliyimin acılı, şirinli xatirələri qaldı. O xatirələr ki, həmin torpağın üzərində dayanaraq danışmağın ayrı ləzzəti var. Və mən o ləzzətdən məhrum olmuşam. Mənim Qubadlıda üzərində qürurla yeridiyim torpağım qaldı. Və mən 23 ildir qururdan danışa bilmirəm…

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Olimpiya medallarının geri alınması xəbərinə rəsmi reaksiya

Next Post

Şərqi söyləyən qadının hekayəsi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Şərqi söyləyən qadının hekayəsi

Ermənilər Qarabağı qaytarmağa razıdır - Səbəb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.