Noyabrın 5-i axşam saatlarından başlayaraq Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.
Elchi.az xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsi nəticəsində temperatur mənfi 6 dərəcəyədək enib.
Ən çox yağıntı Qubanın Qrız kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 11 santimetrə çatıb.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




