Amerikanın Baltimor şəhərində uçan Frensis Skott Key körpüsünün bərpası planlaşdırılır. Keçidin sonrakı taleyini Merilend ştatının qubernatoru Ues Mur açıqlayıb.
Elchi.az bu barədə RİA Novostiyə istinadən yazır.
“Biz körpünü yenidən tikməliyik. Bizim çox uzun yolumuz var, bunu dərk edirik və hazırlaşırıq”, – Mur deyib. Bununla belə, qubernator iş üçün təxmini vaxt çərçivəsi və ya xərclərin təxmini məbləği barədə məlumat verməyib.
Mur həmçinin kanalın təmizlənməsi və limana gəmi axınının bərpa edilməsinin zəruriliyini qeyd edib.
Havar Şəfiyeva






