"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev Əli Əliyev haqqında bunları dedi…

09 May 2023 - 09:38
in Cebhe-banner, MANŞET, MÖVQE

Qüdrət Həsənquliyev: “Onları həbs olunan şəxslərin və ailə üzvlərinin üzləşdiyi məhrumiyyətlər düşündürmür”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

– Qüdrət bəy, Əli Əliyevin əfvinə və bağışlanması barədə Prezidentə müraciət etdiyi üçün “iqtidara təslim olmasına” dair ittihamlara münasibətinizi bilmək istərdik.

– Onun əfv olunmaq üçün müraciət etməsini, Prezidentin də onun partiya sədri olmasını və müraciətini nəzərə alaraq bağışlamasını düzgün qərarlar hesab edirəm. Bəzi adamlara iqtidarı ittiham etmək üçün “qurbanlar” lazımdır. Onları həbs olunan şəxslərin və ailə üzvlərinin üzləşdiyi məhrumiyyətlər düşündürmür. Belələrinin nə dediyinə əhəmiyyət vermək lazım deyil.

Əli Əliyev azadlığa çıxandan sonra mətbuata verdiyi ilk açıqlamada bəyan etdi ki, azadlığa çıxması üçün səbəbkarlara təşəkkür edir və bir çox məsələləri nəzərə alıb siyasi fəaliyyətində taktiki addımlarına yenidən baxacaq. O özü də fərqindədir ki, əvəllər olduğu kimi, mötədil siyasətçi olaraq cəmiyyətə daha çox fayda verə bilər. Ölkəmizin daxilində və ətrafında baş verənlər nəzərə alınmadan atılan radikal addımlar iqtidar tərəfindən də adekvat qərarların qəbul edilməsinə rəvac verir. Cəmiyyət isə bundan heç nə qazanmır, qütbləşir, cəmiyyətdə qorxu mühüti güclənir, gənclər siyasətdən kənar durur. Düşmənçilik islahatların da gecikdirilməsinə səbəb olur. Təəssüf ki, bir qrup gerizəkalı olduğundan bunu başa düşmür, digərləri isə kənardan yönləndirildiklərindən cəmiyyətimiz üçün faydalı olan qərarlar qəbul edə bilmirlər.

“Ərdoğanı Azərbaycanda, Qərbdən yönləndirilənlərdən başqa, bütün siyasi qüvvələr dəstəkləyir”

– İqtidar təmsilçilərinin Türkiyədəki seçkilərlə bağlı Ərdoğana açıq dəstəklərini ifadə etmələrini az qala Türkiyənin daxili işinə qarışma kimi qiymətləndirənlər nə dərəcədə haqlıdırlar?

– Qərb dünyası Kılıçdaroğluna açıq dəstəyini ifadə edir. O zaman niyə bu dəstək antidemokratik və daxili işlərə qarışma hesab olunmur, amma 44 günlük savaşda Azərbaycanın yanında olan Ərdoğana sayğının ifadə olunması Türkiyənin daxili işinə qarışmaq olur? Bəziləri özlərinə haqq qazandırmaq üçün deyirlər ki, bəlkə Kılıçdaroğlu prezident seçilsə Azərbaycana daha çox dəstək verəcək. Kılıçdaroğlu 2010-cu ildən ana müxalifət partiyasının sədridir, nə vaxt onu Türkiyə iqtidarını torpaqlarımızın işğaldan azad olunmaı üçün daha çox kömək etmədiyinə görə tənqid etdiyini görmüsünüz? Yaxud bu məqsədlə hansısa etiraz aksiyası keçirdiyini?

Ərdoğanı Azərbaycanda, Qərbdən yönləndirilənlərdən başqa, bütün siyasi qüvvələr dəstəkləyir. Qardaş Türkiyə xalqı azərbaycanlıların, türk dünyasının Ərdoğana olan hörmətini görürlər, amma qərarı onlar verəcək. Türkiyə vətəndaşları kimi seçəcəklərsə Azərbaycan hökuməti də qardaş xalqın iradəsinə hörmət edib onun seçdiyi hökumətlə əl-ələ verib işləyəcək. Bu gün Ərdoğanı dəstəkləyənləri tənqid edənlər ABŞ-da son prezident seçkiləri zamanı Trampı aşağılayıb Baydeni necə dəstəklədiklərini nə tez unutdular. Hansısa ölkədə hər hansı namizədə yüksək ehtiramın ifadəsi həmin ölkədə seçkilərə müdaxilə hesab oluna bilməz. Əksinə, qutu başına gələn seçici bilməlidir ki, hansı namizəd hansı ölkə ilə hansı səviyyədə əlaqə qura biləcək və bu onun ölkəsinin maraqlarına nə dərəcədə cavab verir.

“Vasitəçilər problemin həllində maraqlı deyil”

– Qüdrət bəy, mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən nəsə gözləməyə dəyərmi?

– Heç kim işğalçı Ermənistana qonşu dövlətin ərazi bütövlüyünü tanıması və onun daxili işlərinə qarışmaması üçün təzyiq etmir. Vasitəçilər problemin həllində maraqlı deyil. Bunu istəyənlər də Azərbaycanın güzəştləri hesabına sülh istəyirlər. Bu isə nəinki qəbuledilməzdir, həm də dünya üçün çox pis presedent yaradar. Erməni diasporasının əsiri olan islamafoblardan ədalətli vasitəçi olmalarını gözləməyə dəyməz. Biz danışıqları davam etdirməklə yanaşı, Qarabağ üzərində dövlət suverenliyini bərpa etmək barədə düşünməliyik. Bu halda daha ədalətli sülhə nail ola bilərik. Davamlı sülh üçün Rusiya və Türkiyə ilə daha intensiv işləməliyik. Danışıqlarda nəticə olacaqsa, bunu yalnız möcüzə adlandırmaq lazım gələcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Laureus öz qaliblərini tapdı!

Next Post

İlham Əliyev Azərbaycan veteranlarını təbrik etdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Next Post
İlham Əliyev Azərbaycan veteranlarını təbrik etdi

İlham Əliyev Azərbaycan veteranlarını təbrik etdi

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır – VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.