"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev Əli Kərimli və Cəmil Həsənlini ittiham etdi

07 Dekabr 2015 - 20:38
in SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Milli Şuranın sədri Cəmil Həsənli “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş faciə ilə bağlı status yazıb. Həmin status “Azadlıq” qəzetində dərc edilib. Yenidən parçalanmış AXCP-nin sədri Əli Kərimlinin Fövqəladə Hallar Nazirliyinə qarşı başladığı hücumları davam etdirən Cəmil Həsənli sözü gedən quruma “həvəskar bəstəkar”ın başçılıq etdiyini vurğulayıb.
Əli Kərimlinin və Cəmil Həsənlinin bu ittihamlarına münasibətini və “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş faciə ilə bağlı mövqeyini öyrənmək üçün BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət etdik. Hər iki açıqlama ilə tanış olduğunu bildirən Qüdrət Həsənquliyev dövlət səviyyəsində matəm elan edilməsinə səbəb olmuş bir faciədən konyuktur maraqlar naminə istifadə edilməsinin yolverilməzliyini vurğuladı:
“Öncə “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş faciə ilə bağlı xalqımıza başsağlığı verir, yaxınlarını itirmiş şəxslərə Allahdan səbir, yaralananlara şəfa diləyirəm. Ümid edirəm ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyası hadisənin səbəblərini dərindən araşdıracaq və əgər günahkar şəxslər varsa, müəyyən ediləcək, kimliyindən asılı olmayaraq cəzalanacaq. Sualınıza gəldikdə, heç kimə sirr deyil ki, Əli Kərimli və Cəmil Həsənli zamanında mövcud hakimiyyətlə sıx əməkdaşlıq etmiş adamlardır. Siyasi sürüşkənliklərinə görə mövcud hakimiyyət onlarla əməkdaşlıqdan imtina edib, hər ikisini öz düşərgəsindən uzaqlaşdırıb, qovub. Elə bu məqam yetərlidir ki, bu cür şəxslərin dedikləri qeyri-ciddi sayılsın. Əli Kərimli Azərbaycanın regionun lider dövləti olması faktına ironiya ilə yanaşır. Görünür, Əli Kərimli onu da xatırlamaq istəmir ki, elə onun Milli Şuradakı sədri Cəmil Həsənli indi ağır şəkildə ittiham etdiyi hakimiyyətdən pul alaraq kitab yazır və həmin kitablarda Prezident İlham Əliyevin Azərbaycanı Qafqazda lider dövlətə çevirdiyini vurğulayırdı. Sifarişlə kitab yazaraq alim adına xələl gətirən bir şəxsdən belə mövqesizliyi hər zaman gözləmək mümkündür.  Əli Kərimli, Cəmil Həsənli kimi maddi maraq qarşısında mövqe bildirən adamlara hər sözü söylətmək, yazdırmaq olar”.
Milli Şuradan faciəvi olayla bağlı verilən açıqlamalarda Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “həvəskar bəstəkar” adlandırılmasını isə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev axmaqlıq hesab edir:
 
“Fövqəladə hallar nazirinə zaman-zaman edilən hücumların əsas səbəbi budur ki, Kəmaləddin Heydərov  prezident İlham Əliyevin ən yaxın dostu və silahdaşıdır, hakim komandada öz sədaqəti və bacarığı ilə fərqlənir. Görünür, Əli Kərimlilərin, Cəmil Həsənlilərin bir məsələnin də fərqinə varmağa səviyyələri çatmır. Müasir dünyada onlarla dövlət xadiminin adını çəkmək olar ki, öz rəsmi görəvlərindən əlavə,  həm də yaradıcılıqla məşğul olurlar.  Bu yaradıcılıq həmin şəxslərin üstün cəhəti kimi qarşılanır. Odur ki, bəstəkarlıq fəaliyyətini Kəmaləddin Heydərova irad tutmaq cəhdi axmaqlıqdan başqa bir şey deyil”.
Fürsətdən istifadə edib BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdən dünən Ermənistanda keçirilmiş referenduma münasibətini də soruşduq. Məlum olduğu kimi, dünən keçirələn referendumun nəticələrinə əsasən Ermənistan prezidentlik üsul-idarəsindən imtina edərək parlament tipli respublika modelinə üstünlük verdi. Qüdrət Həsənquliyev:
“Güman etmək olar ki, indi olmasa da, hansısa mərhələdə bu referendumun nəticələri Ermənistanın demokratikləşməsinə xidmət edəcək. Bəli, biz BAXCP olaraq hər zaman Azərbaycanın parlament tipli respublika modelinə keçməsi üçün çağırışlar etmişik və indi də bu təşəbbüsümüzün arxasındayıq. Demokratik və qanunun alliyinə söykənən Azərbaycanı mən parlament tipli respublika kimi görürəm. Hakimiyyətə bir daha çağırış edirəm ki, ən qısa zamanda siyasi qüvvələrlə danışıqlara başlasın, islahatlar aparsın və bu keçidi reallaşdırsın” (Publika.az).
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eynulla Fətullayevdən çağırış: “Cəsarətli olun…”

Next Post

Ərdoğan-Putin qarşıdurması və Azərbaycan üçün çox yaxşı xəbər

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Ərdoğan-Putin qarşıdurması və Azərbaycan üçün çox yaxşı xəbər

"ABŞ Ukraynada növbəti inqilaba start verə bilər"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.