"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: “Əsas məqsəd ölkədə təhlükəsizliyi və davamlı sabitliyi təmin etməkdir”

25 Avqust 2016 - 22:18
in SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

qudret hesenquliyev esas meqsed olkede tehlukesizliyi ve davamli sabitliyi temin etmekdir

“Vitse-prezidentlik institutu ayrı-ayrı sahələrə nəzarəti gücləndirmək üçün yaradılır”

“Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə Nazirlər Kabinetinin heç bir səlahiyyətinə toxunulmur. Ona görə də Nazirlər Kabinetinin özünü doğrultmaması ilə bağlı fikirlərlə razı deyiləm”.

 

Bunu APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev söyləyib.

 

BAXCP sədri cəmiyyətin inkişafı ilə əlaqədar Konstitusiyaya əlavə və dəyişikliklərin zəruri olması barədə arqumentlə də razılaşmır: “İnkişafı təmin edən Konstitusiyanı dəyişmirlər, əksinə, ciddi surətdə qoruyurlar. Hansısa qanun, yaxud Konstitusiya inkişaf üçün maneəyə çevrilirsə, dəyişdirilir”.

 

Onun fikrincə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı təşəbbüsün indi ortaya çıxmasının səbəbi regionda və dünyada baş verən siyasi proseslər və qanlı olaylardır: “Biz görürük ki, ölkələr, həm də bizə yaxın ölkələr bir-birinin ardınca xaosa bürünür. Məsələn, Azərbaycana kifayət qədər yaxın olan Ukraynada vəziyyət göz qabağındadır. Hərbi çevriliş cəhdindən sonra Türkiyədə hər gün terror hadisələri, ölkə daxilində çəkişmələr, həbslər var. Düşünürəm ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdə ən əsas məqsəd ölkədə təhlükəsizliyi və davamlı sabitliyi təmin etməkdir. Məhz buna görə prezidentlik institutunun müddəti artırılır”.

 

Q. Həsənquliyev vitse-prezidentlik institutunun ayrı-ayrı sahələrə nəzarəti gücləndirmək üçün yaradıldığını düşünür: “Bir neçə vitse-prezident postu yaradılırsa, başqa cür düşünmək olmur”.

 

BAXCP sədri bildirib ki, vitse-prezidentlərin qərar qəbul etmək səlahiyyəti yoxdur: “Bu gün Azərbaycan qanunvericiliyinə görə Nazirlər Kabineti qərarlar qəbul edir. Yəni Nazirlər Kabineti, baş nazir yerində qalır, birinci vitse-prezident olmazsa, prezidentin səlahiyyətləri baş nazirə keçir. Baş nazir hər hansı səlahiyyəti alınsa idi, fərqli düşünmək olardı. Ona görə də düşünürəm ki, vitse-prezidentlik institutu məhz ayrı-ayrı sahələrə nəzarəti gücləndirmək üçün yaradılır. Hazırda qərarların icrasına nəzarəti baş nazir həyata keçirir. Azərbaycanda isə nazirliklərin sayı həddən artıq çoxdur. Azərbaycanda Nazirlər Kabinetinin üzvlərinin sayı 40-a qədərdir. Vitse-prezidentlər prezidentin tapşırığı əsasında və birbaşa prezidentlə işləyəcəklər. Beləliklə, prezidentin sürətli məlumat almaq, daha çevik reaksiya vermək, qərar qəbul etmək və nəzarət etmək imkanı olacaq. Mütləq vitse-prezidentlər arasında vəzifə bölgüsü olacaq”.

 

Q. Həsənquliyev islahatları şərtləndirən ikinci əsas məqamın Dağlıq Qarabağ məsələsi olduğunu düşünür: “Dağlıq Qarabağ məsələsi ilə bağlı Rusiyanın davranışlarından hiss olunur ki, onlar artıq hansısa formada bu problemin həllini istəyirlər. Daxili niyyətlərinin nə olduğunu təhlil etmək mənim üçün çətindir. Doğurdanmı, Rusiya Qafqazda artıq sülh yaranmasını, bununla da, özünü dünyaya sülh yaradan bir dövlət kimi təqdim etmək istəyir? Rusiya əvəzində heç nə almadan bunu edirsə, deməli, bundan sonrakı mərhələ üçün hansısa planı var”.

 

BAXCP sədri qədim Azərbaycan atalar sözündən istifadə edir və bildirir ki, “pulsuz pendir yalnız tələdə olur”.

 

O bildirir ki, Azərbaycanı istənilən kataklizmdən qorumaq üçün prezidentlik institutunun gücləndirilməsi zəruri sayılıb: “Bir sözlə, referendumu şərtləndirən əsas amil bu gün dünyada baş verən qanlı və qorxulu olaylardır. Digər tərəfdən, Dağlıq Qarabağ məsələsi ilə bağlı artıq real addımların atılmasına ehtiyac yaranıb. İstər sülh, istərsə də müharibə yolu ilə belə bir addımın atılacağı təqdirdə mərkəzi hakimiyyətin gücləndirilməsinə ehtiyac var”.

 

BAXCP-nin Azərbaycanda dövlət modeli ilə bağlı mövqeyinə gəlincə, Q. Həsənquliyev partiyasının gələcəkdə Azərbaycanın parlamentli respublika modelinə keçməsinin tərəfdarı olduğunu qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əflatun Amaşov KİV-ə xəbərdarlıq etdi

Next Post

“Qarabağ”ı- Avropa Liqasına aparan 3 qol – FOTOLAR, VİDEO

Bənzər yazılar

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

29 Avqust 2021 - 23:58

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev Xalq Cəbhəsi.az saytında cavab...

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

26 Avqust 2021 - 11:48

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi: - Əli bəy, Əli Həsənovun intim...

Next Post

“Qarabağ”ı- Avropa Liqasına aparan 3 qol - FOTOLAR, VİDEO

Bu gün “Qarabağ”la “Qəbələ”nin Avropa Liqasındakı rəqibləri müəyyənləşəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.