"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: Azərbaycan öz ərazisində dövlət suverenliyini bərpa edəcək

26 Avqust 2023 - 19:34
in Cebhe-banner, MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Elchi.az saytına müsahibəsi

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

– Qüdrət bəy, Prezident və Birinci vitse-prezidentin Laçın səfəri və orda verilən bəyanatlara münasibətinizi bilmək istərdik.
Bu tipli səfərlər, səfərlər zamanı yurd-yuvalarına qayıtmış insanlarla görüşlər, yeni layihələrin təməlinin qoyulması, görülən işlərlə tanışlıq xalqımız tərəfindən sevinclə qarşılanır, onlarda Qarabağın inkişafı və gələcəyi ilə bağlı böyük əminlik yaradır. Laçının məskunlaşmasına xüsusi diqqət yetirilməsi təqdirəlayiqdir. Zaman-zaman mən də təklif edirdim ki, işğal olunmuş ərazilərin məskunlaşmasına Laçın və Kəlbəcərdən başlamaq lazımdır. Qarşıdakı 5 il ərzində hər iki rayonun hər birinə 100 min sakinin köçürülməsinə nail olmalıyıq. İşğal olunmuş rayonlara investisiya qoyuluşunu sitimullaşdırmaq üçün əlavə tədbirlər görülməlidir. Ermənilər və onları qızışdıranlar Prezidentin çıxışından nəticə çıxarmalıdırlar. Azərbaycan öz ərazisində dövlət suverenliyini bərpa edəcək.
– Fransa Qarabağ erməniləri ilə bağlı “məsələni” yenidən BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmaq istəyir. Bu barədə nə deyərdiniz?
Onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki biz haqlıyıq, öz torpaqlarımız uğrunda mübarizə aparırıq. İşğalçı dövləti və seperatizmi dəstəkləmək imici ləkəli, soyqırımlar törətmiş Fransanın olan – qalan nüfuzunu da korlayır, yerlə bir edir.
– Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Azərbaycanın sülh müqaviləsi imzalamamsı barədə səsləndirilən ittihamlar barədə nə deyə bilərsiniz?
Bu barədə ən çox danışanlardan biri “güləyən qız”ın internet tv-sində danışan “güləyən oğlan”-“şanapipik”dir. Nədənsə onu görəndə kəndimizdə tez-tez gördüyüm şanapipik yadıma düşür. Dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasına dair saziş layihəsini müharibədən sonra Ermənistana Azərbaycan təqdim edib, amma Ermənistan Qarabağ erməniləri ilə əlaqədar Azərbaycan tərəfindən qəbul olunması mümükün olmayan əlavə şərtlər irəli sürür. Azərbaycanlı olasan, bu barədə danışmayıb sığındığın ölkədəki ermənipərəst dairələrin himayəsinə görə öz ölkənə böhtan atasan, bundan böyük rəzalət ola bilməz.
Qarabağ sakinlərinin inteqrasiyasına mane olmaq üçün təzyiq məqsədilə Ermənistandan Azərbaycana yük maşınları göndəriləndə həmin yük Laçında dövlət sərhəddindən buraxılmadı. Çünki alternativ Ağdam yolu təklif edilmişdi. Bu zaman xaricdə oturan “şanapipik”lərə daxildəkilər də qoşuldu. Başladılar Prezidenti ittiham etməyə ki, bu yanlış qərardı, bizi asıb-kəsəcəklər. Bu “qəhrəmanlar” vaxtilə Prezidenti Xankəndini niyə tutmadığımıza görə ittiham edirdi. Prezident Laçında sərhəd buraxılış məntəqəsi yaradılan zaman ortaya qoyduğu prinsipial mövqeni yenidən sərgilədi və hər kəs bununla barışmalı olacaq. Prezident çoxlarının mümkünsüz hesab etdiyini yenidən reallığa çevirdi, onu cəsarətsiklikdə ittiham edənlərdən daha cəsarətli olduğunu, strateji düşüncəyə sahib olmasını, dünyada və regionda baş verənlərdən daha yaxşı baş çıxardığını növbəti dəfə nümayiş etdirdi. Hesab edirəm Milli Məclisin payız sesiyasında Qarabağda yaşayan erməni sakinlərin Ermənistana getmək hüququnu tanıyan, Qarabağa humanitar yardımların çatdırılmasını tənzimləyən qanun qəbul etməliyik ki, hər şey qanun çərçivəsində olsun.
– Qüdrət bəy, jurnalistlər üçün tikilən evin Şəhid ailələrinə və müharibə əlillərinə veriləcəyi barədə xəbərlərə də münasibətinizi bilmək istərdik.
Belə bir qərarın qəbul olunması çox yanlış olardı. Əvvəla ona görə ki,bu ora köçənlər üçün böyük mənəvi və psixoloji diskomfort yaradardı. İkincisi, həmin kateqoriyadan olan insanlar şəhərin daha yaxşı yerlərində mənzillə təmin olunmağı haqq edirlər. Dövlətimizin pulu var və vəsait ayrılmalıdır ki, şəhərinin mərkəzində tikilən evlərdən onlara mənzillər alınsın. Belə bir qərar qəbul olunsa bu, “sözümüzə hər zaman sadiqik” deyən iqtidarın üzərinə kölgə salar.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransadan “Laçın Şəhər günü” ilə bağlı təxribat…

Next Post

Paris Nigerdən səfirini geri çağırmaqdan imtina edib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Paris Nigerdən səfirini geri çağırmaqdan imtina edib

Paris Nigerdən səfirini geri çağırmaqdan imtina edib

Sudanın paytaxtında döyüşlər başlayıb

Sudanın paytaxtında döyüşlər başlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.