"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: “Bu, çevrilişdən daha çox sanki şou idi”

17 İyul 2016 - 10:58
in XƏBƏR LENTİ
Qüdrət Həsənquliyev: "Bu, çevrilişdən daha çox sanki şou idi"
“Türkiyədə dünən gecə baş verən hadisələrdə hərbi çevirilişin özündən çox hərbi çevirilişin görüntüsünü yaratmaq məqsədi daha öndə olub. Bu, çevrilişdən daha çox sanki şou idi”.
Tezis.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev deyib.
O, bu hadisənin baş verməsində siyasi hakimiyyətin də rolunun olduğunu bildirib: “Əgər doğrudan da ciddi hərbi planı olsaydı, çevirilişçilər tamamilə başqa cür hərəkət eməli idilər. Amma görürük ki, hərbi çevirilişin özündən çox hərbi çevirilişin görüntüsünü yaratmaq məqsədi daha öndə olub. Əlbəttə, bundan sonra həbslər olacaq, demokratik institutların fəaliyyəti bir müddət dayandırılacaq və yaxud məhdudlaşdırılacaq. Ərdoğan çox rahatlıqla özünün prezidentlik institutuna keçid missiyasını başa vuracaq. Kimin qalib gəlməsindən asılı olmayaraq istənilən ölkədə hərbi çevriliş baş verirsə, bu, həmin ölkənin siyasi hakimiyyəti üçün də böyük məğlubiyyətdir, o ölkə üçün isə faciədir. Düşünürəm ki, bu da böyük faciə idi. Çox təəssüf ki, çoxlu sayda insan ölüb, çoxlu sayda yaralılar var. Bundan sonra çoxlu sayda insanın həyatı sınacaq, həbsxanalardan keçəcək. Bu hadisə qardaş Türkiyədə yaşanmamalı idi. Arzu edək ki, bundan sonra Türkiyə doğrudan da demokratik inkişaf yoluna keçəcək”.
Deputatın fikrincə, Türkiyədə baş verənlər göstərdi ki, ölkə İslam dövləti modelinə keçid istiqamətində addımlar atır: “Bu da dünyəvi dövlət tərəfdarlarını ciddi narahat edir. Mustafa Kamal Atatürkün əlində kifayət qədər səlahiyyətlər olsa da, ölkəni parlamentli respublika modelində məhz orduya təhvil vermişdi. Ordunu dövlətin, qanunçuluğun, demokratiyanın, dünyəvi dövlətçiliyin təminatçısı kimi qoyub getmişdi. Orduda Mustafa Kamalın vəsiyyətlərini əlində tutan insanların duyğularından kimlərsə siyasi məqsədlər üçün istifadə elədi və ölkəni belə faciənin içərisinə soxdu. Əsgərlərə olan münasibət, polisin dindarlardan ibarət formalaşması ona gətirib çıxardı ki, polislər dini meylli olduqlarına görə ölümdən qorxmayaraq özlərindən daha yaxşı silahlanmış əsgərlərin üzərinə getdi. Mənimlə vaxtilə NATO Parlament Assambleyasında şərab içən insanlar sonradan saqqal saxladı, konyuktura naminə şərab içməkdən imtina elədi. Ölkədə maarifçiliyin Qərb standartlarına cavab verməməsi, regionlarda dinin güclü olmasından siyasi məqsədlər üçün istifadə olunur. Polis artıq kifayət qədər dindarlaşdırılıb. Hər halda bu, Türkiyə dövlətini  xeyrinə olan məsələ deyil”.
Q.Həsənquliyev hesab edir ki, xalqın əli hər şeydən soyuyub, çəkilib kənarda  durub: “Hökuməti müdafiə edənlər daha çox fanatik dindarlar idi. Ona görə də din dövlət və siyasətdən aralı tutulmalıdır. Bu insanlar fanatik olduğuna görə əlinə keçəni buraxmayacaqlar və təəssüf ki, Allah adını çəkib qəddar işlər görürlər, repressiyalar yol açırlar. Düşünürəm ki, Ərdoğan bundan nəticə çıxarmalıdır. Türkiyə dünyəvilik itiqamətində addımlar atmalıdır. Baxın Türkiyə rəsmilərindən çox az adam olar ki, onun xanımı başını bağlamasın. Bu, artıq inamdan irəli gələn bir şey olmadığına görə daha qorxulu bir şeydir. İnsan yalandan bunu edirsə, cəmiyyət və dövlət üçün daha təhlükəlidir. Demokratik institutlar gücləndirilməlidir. Türkiyə parlamentli respublika modelindən uzaqlaşmamalıdır. Əks təqdirsə Türkiyə ən yaxşı halda Misir olacaq”.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daha bir general və 51 hərbçi tutuldu – Həbslər davam edir

Next Post

“Sovetski”də köçürmə və söküntü sahəsində son durum açıqlanıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Sovetski”də köçürmə və söküntü sahəsində son durum açıqlanıb

Ermənistanda silahlı iğtişaş: Polis binası ələ keçirildi (VİDEO+YENİLƏNİR)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.