"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: “…bu Paşinyan və Ermənistanın xeyrinə olar”

23 May 2023 - 15:48
in Cebhe-banner, MANŞET, SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az saytına müsahibə verib.

Müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.

– Qüdrət bəy, Ermənistandakı Rusiyapərst qüvvələr, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalayarsa, üsyan edəcəkləri barədə  bəyanat imzalayıblar. Qarabağdakı seperatçılar da onlara qoşulub. Belə bir vəziyyətdə Paşinyan cəsarət edib sülh sazişi imzalaya bilərmi?

– Bu proseslərdə sülh sazişi imzalamaması üçün Paşinyanın özünün də iştirakı ola bilər. Paşinyan danışıqlarla bizə ümid verib başımızı qatmaqla hakimiyyətini davam etdirmək və Ermənistan üçün əlverişli geosiyasi vəziyyətin yaranacağı günü gözləyir. O, səmimi olaraq sülh istəyirsə tezliklə Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunması istiqamətində Azərbaycanla ciddi əməkdaşlıq etməli, informasiya dəstəyi verməlidir ki, Azərbaycanın xüsusi xidmət orqanları Vardanyanı və digərlərini qulaqlayıb Xankəndindən  Bakıya gətirsin. Müharibə caniləri Köçəryanı, Sarkisyanı, digərlərini ədalət mühakiməsi qarşısına çıxarılması üçün Azərbaycana təhvil verməlidir. Azərbaycan sülh sazişi imzalanana qədər Qarabağ üzərində dövlət suverenliyini bərpa etsə, bu Paşinyan və Ermənistanın xeyrinə olar. Paşinyan tezliklə sülh sazişi imzalamasa onu ya biabırcasına hakimiyyətdən qovub həbsə atacaqlar, ya da 1999-cü ilin oktyabrında  parlamentdə  baş nazir Vazgen Sarkisyan və spiker Stepan Dəmirçyanı güllələdikləri  kimi onu  da gəbərdəcəklər. Bundan sonra ya biz Qarabağdakı indiki status-kvonun qorunub saxlanması ilə barışmalı, ya da Rusiyanın açıq müdafiə etdiyi Ermənistanla yeni böyük qanlı savaşa girməli olacağıq. Ona görə severenliyimizi indi bərpa etməliyik.

– Rusiya imkan verərmi ki, biz suverenliyimizi bərpa edək? Onlar bölgədə hərbi iştiraklarını bu münaqişənin davam etməsində görürlər…

-Təəssüf ki, Rusiya münaqişənin birdəfəlik həllində maraqlı görsənmir. Biz Rusiya ilə yanaşı Türkiyə və türk dövlətləri ilə ciddi işləməliyik. Biz müttəfiqlərimizlə Rusiya qarşısında elə tələblər qoymalı  və qarşılığında elə təkliflər verməliyik ki, Rusiyanı buna razı salaq. Rusiya ya səmimi tərəfdaş və müttəfiq kimi bizim Qarabağ üzərində suveren hüquqlarımızı tanımalı və sülhə töhfə verməli, ya da Azərbaycan və Türkəyini itirməlidir. Rusiyanın bölgədə varlığını  bu münaqişəyə bağlamaq müdrik siyasət deyil. Biz  Rusiya rəsmilərini buna inandırmalıyıq. Rusiya bizim təbii sərvətlərlə zəngin böyük qonşumuzdur, orada milyonlarla soydaşımız yaşayır, fermerlərimiz üçün böyük bazardır, gənclərmizin iş tapdığı ölkədir. Əvəzlənməsi çətin olan iqtisadi tərəfdaşımızdır. Bizi möhkəm tellərlə mədəni, humanitar əlaqər bağlayır. Belə olduğu halda biz hansı məntiqlə və ağılla Rusiyadan üz döndərməliyik.

Qarabağın azadlığı həm də  Ərdoğanın bu məsələdə  nə qədər prinsipial mövqe tutmasından  asılı olacaq. Seçkidən dərhal sonra Azərbaycan qardaş Türkiyədən bu məsələdə ciddi əməli  mövqe sərgiləməsini istəməlidir. Biz imkan verməməliyik ki, münaqişə bizi əl öpən, boynubükük “kiçik qardaşa” çevirsin. İşğala son qoymağın vaxtı çatıb.

– Azərbaycan Respublikası Prezidenti 25 mayda Moskvada Ali Avrasiya iqtisadi Şurasının iclasında  iştirak edəcək. Azərbaycan Avrasiya İqyisadi İttifaqına üzv ola bilərmi?

-Rusiya Qarabağda Azərbaycanın suverenliyinin bərpasına mane olmasa mən bunu alqışlayardım. Biz Ümumdünya Ticarət Təşkilatına da üzv olmalıyıq. İndiki insan inkişafı indeksimizlə Avropa İttifaqına üzvülüyümüz qeyri real olduğundan yalnız bu cür təşkilatlara üzv olmaqla iqtisadiyyatımızı inkişaf etdirə və dövlət olaraq inkişaf edə bilərik. İqtisadi açılım yalnız daha inkişaf etmiş xalqlarla vahid qanunvericilik bazası və qanunların icrasına birgə nəzarət mexanizmlərinin yaradılması ilə mümkündür. Baxın Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza, ana dillərində yazıb-oxumaqdan məhrum ediliblər, hakim  farslar hicaba etiraz etdikləri üçün aksiya iştirakçılarını küçədə güllələyir, insanları uşaqların belə gözü qarşısında asır.

Elchi.az
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ronaldo yenidən Avropaya qayıtmaq istəyir

Next Post

Füzulidə arabası ilə birlikdə basdırılmış hökmdarın məzarı tapılıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
Füzulidə arabası ilə birlikdə basdırılmış hökmdarın məzarı tapılıb

Füzulidə arabası ilə birlikdə basdırılmış hökmdarın məzarı tapılıb

Mişustin Çinlə birlikdə gəmiqayırma sahəsini inkişaf etdirməyə çağırıb

Mişustin Çinlə birlikdə gəmiqayırma sahəsini inkişaf etdirməyə çağırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.