"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: “Elementar tərbiyəsi olmayan insanlar…

07 Sentyabr 2020 - 14:24
in MANŞET, SİYASƏT

“…Ölkənin ictimai – siyasi həyatına daxil olub, orada özlərinə yer edə bilir, heç bir mənəvi haqları olmadığı halda başqalarını ittiham etməkdən çəkinmirlər”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik
– Qüdrət bəy, hər zaman islahatların dərinləşdirilməsindən, ölkəmizi inkişafın yeni mərhələsinə keçirməyin zəruriliyindən danışırsınız. Bu istiqamətdə qarşımızda duran əsas problem kimi nəyi görürsünüz?
– İlk növbədə insan və xarici təsir faktorunu. Bizim vətəndaşların demokratiya, qanunun aliliyi, fərqli fikrə dözümlülük haqqında təsəvvürləri olsa da, həmin dəyərlər bizim davranışımızda əsas motivasiya deyil. Ən böyük problemlərdən biri də mədəni səviyyənin aşağı olmasıdır. Bunun nəticəsidir ki, elementar tərbiyəsi olmayan insanlar ölkənin ictimai – siyasi həyatına daxil olub, orada özlərinə yer edə bilir, heç bir mənəvi haqları olmadığı halda başqalarını ittiham etməkdən çəkinmirlər. Ölkədə siyasətlə məşğul olanların böyük bir qismini bu cür insanlar təşkil edir.
– Xarici faktor isə ondan ibarətdir ki, böyük güclər fikirləşir ki, islahatlar Azərbaycanı gücləndirəcək və o öz torpaqlarını azad edəcək. Ona görə də hökumət bu istiqamətdə ciddi bir addım atan kimi “beşinci kolon”u hərəkətə gətirirlər. Hökuməti dövlət çevrilişi ilə qorxudub buranı Türkmənistana çevirmək, işğal barədə isə bizə müvəqqəti olraq danışmaq haqqı tanıyırlar. Hökumət isə dövlət çevrilişinin ölkəni məhv edəcəyini anladığından, yubanmanın gələcəkdə daha ağır nəticələr verə biləcəyinə əhəmiyyət vermədən dövlət çevrilişi ehtimalını önləmək üçün bəzi məsələləri zamanın ixtiyarına buraxır.
– Tənqidi necə qəbul edirsiniz?
– Tənqid siyasətçini öz üzərində daha çox işləməyə, səhvləri aradan qaldırmağa,öz mövqeyinə yenidən baxmağa sövq edir. Amma tənqidlə böhtanı, təhqiri qarışdırmaq lazım deyil. Sağlam tənqidi hər zaman faydalı saymışam. Bunu edənlərə qarşı da heç zaman kin saxlamamışam. Mən tənqiddən daha çox qərəzli və sifarişlə işləyən adamların böhtanları ilə üzləşirəm. Psixi problemləri olan bir ölüyaran “Nobel” namizədimiz var. Nədən danışır danışsın nökərçilik etdiyi ağasının tapşırığı ilə mütləq bir-iki ağız da mənim ünvanıma böhtan deməlidir. Yaxud zamanında Rusiyanın Azərbaycana repressiyalar üçün göndərdiyi ALLAHınVERDİyi addan imtina edib “çaqqal” ləqəbini qazanmış başqa birisi, yeri gəldi-gəlmədi ünvanıma böhtan və təhqirlərlə dolu çıxışlar edir. Partiya üzvülərimizdən bu ünsürlərə cavab verilsə də özüm çalışıram baş qoşmayım. Çünki bu, tək mənim üzləşdiyim problem deyil.
-Mətbuatda, dövlət idarəetməsində vəziyyət necədir?
Qeyd etdiyim faktorlar bütün sahələrə sirayət edir. Məsələn, iş tapana qədər müdrikcəsinə susmuş bir həmkarınız işi naminə iqtidarı təhqir edən bir-iki nadürüstə cavab verirsə, fikirləşir ki, hamının başına ağıl qoya, hər kəsə dil uzada bilər. Kimə istəsə yaltaqlana, kimə istəsə söz ata bilər. O hamıdan çox bu dövləti, bu iqtidarı istəyir və buna görə hamı onun kimi düşünməli və davranmalıdır və s.
Yaxud bu və digər səbəbdən vəzifədəsindən uzaqlaşdırılmış əzazil birisi dərhal olur “demokrat”, “ədalət carçısı” və başlayır repressiyaya məruz qalmasından, düzlükdən, qanunun aliliyindən, sədaqətdən danışmağa.Və ya yaxşı maskalanmış bir gəncə kiminsə təqdimatı əsasında etimad göstərilir, o da başlayır “vəsaitə qənaət etdim” deyib özünü gözə soxmaq üçün hər cür qanunsuzluq edərək yoxsul insanlara zülm etməyə. Ona görə demokratik cəmiyyət üçün həmin cəmiyyəti qura və qoruya biləcək insanlar, kadrlar yetişdirməliyik. Mentalitetin dəyişməsi zaman alan məsələdir. Hərdən mənim dediklərimi təkzib etmək üçün demokratik dövlət quruculuğu istiqamətində müəyyən uğurlara imza atmış keçmiş sovet pespublikalarını misal çəkirlər. Amma araşdırsalar görərlər ki, həmin respublikalarda sovet dövründə də həm əhalinin sosial durumu, həm qanunçuluğun vəziyyəti, həm də mədəni səviyyə bizdən yüksək olub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Belarusda etiraz aksiyasına qoşulan azərbaycanlı itkin düşüb

Next Post

Balalara insan kapitalı və mühit…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
Balalara insan kapitalı və mühit…

Balalara insan kapitalı və mühit...

Bakıda şagird özünü məktəbin üçüncü mərtəbəsindən atıb

Bakıda şagird özünü məktəbin üçüncü mərtəbəsindən atıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.