"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev kuluarlarda gizli müzakirələri açıqladı

09 Fevral 2015 - 22:01
in CƏMİYYƏT MANŞET

Fevralın 9-da BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan publika.az142349209510966821_589429821187564_268054450_nRespublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupunun üzvləri – Niyaməddin Orduxanlı, Azər Həsrət, Mayis Əliyev, Məhluqə Qaramanlı, Çingiz Bayramov, Mehriban Abdullayeva və Xanım Əhmədzadə ilə görüş keçirib.

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Bu barədə Publika.az-a BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.

 
İşçi Qrup BMT Təhlükəsizlik Şurasına müraciət üçün “Sarkisyanın hərbi cinayətkar kimi tanınması” və 20 Yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi məqsədilə petisiya yaradıb. Qrupun rəhbəri Şahin İsmayılovdur.

İşçi qrupunun üzvü Niyaməddin Orduxanlı bildirib ki, bu məqsədlərə çatılması üçün petisiyaya 100000 imza toplamaq lazımdır. Onun sözlərinə görə, İşçi Qrupunun tərkibində ölkənin tanınmış 17 QHT sədri fəaliyyət göstərir.

“Yanvarın 28-dən start verilən kampaniyada 35 mindən artıq imza toplanıb. Bu isə işçi qrupunun səyinin nəticəsidir. Sizinlə görüşməkdə məqsəd də BAXCP sədri, millət vəkili olaraq sizdən, eləcə də digər partiya rəhbərlərindən dəstək almaqdır. İlk olaraq sizinlə görüşürük və bilirik ki, Dağlıq Qarabağla bağlı hər zaman nəinki ölkəmizdə, eləcə də xarici səfərlərinizdə xalqın sözünü demisiniz, dövlətin maraqlarından çıxış etmisiniz”, – deyə o bildirib.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev QHT rəhbərlərini salamlayıb və başladıqları işin əhəmiyyətini bildirib: “Siz bizim partiyanın Dağlıq Qarabağ məsələsində olan mövqeyini bilirsiniz. Təşəbbüsünüzü çox yüksək qiymətləndirirəm. Bu işin hansısa nəticəsi olacağını mənim kimi sizlər də gözləmirsiniz. Çünki əvvəllər də belə təşəbbüslər olub. Ancaq buna baxmayaraq, hər birimiz əlimizdən nələr gəlirsə, onu ortaya qoymalıyıq”.
Qüdrət Həsənquliyev bildirib ki,10 ildir NATO Parlament Assambleyasında Azərbaycanı təmsil edir: “Assambleyanın iclaslarından kənarda – kuluarlarda həm Amerikanın, həm Avropanın parlamentarilərilə söhbət etmişik. Onlar fasilələrdə daha səmimi olurlar. Çünki yanlarında jurnalist olmur və dedikləri rəsmi stenoqrama düşmür. Həmin görüşlərdə parlamentarilər dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır. Deyiblər ki, problemi Rusiya ilə danışıb həll edin. Bəziləri hətta açıq formada vurğulayıblar ki, onların ermənilərlə kultral yaxınlığı var”.

BAXCP sədri qeyd edib ki, Avropa heç vaxt Ermənistana müsəlman ölkəsinə görə təzyiqlər göstərməyəcək: “Bəlkə də, iki xristian ölkəsi arasında dava olsa – Gürcüstanla Rusiya və Rusiyayla Ukrayna kimi – o zaman kimin haqlı, kimin haqsız olduğunu deyərlər. Dağlıq Qarabağ məsələsində isə tərəfin biri müsəlman ölkəsidir. Güman ki, Vatikan muzeyində olanlarınız var. Həmin muzeydə ermənilərə xristianlığı qəbul edən xalq kimi abidə qoyulub. Belə faktorlar çox önəmlidir. Bizdə bunu bəzən qəbul etmirlər. Ancaq bu çox ciddi faktordur. Başqa bir misal çəkim. Sonuncu dəfə Vilnüsdə NATO Parlament Assambleyasının iclasında rusların tədbirə dəvət olunmamasının səbəbini soruşdum. Düz etmədiklərini bildirdim. Çünki Rusiya işğalçı dövlətdir və Ukraynanın ərazilərini zəbt edib.

 

Eyni zamanda, BMT Baş Məclisində, Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edən və NATO Parlament Assambleyasının Assosiativ üzvü olan Ermənistanın yeganə ölkə olaraq, başqa bir Assosiativ üzvün ərazi bütövlüyünə səs vermədiyini dedim. Siz isə sanki heç nə baş verməmiş kimi bu fakta etinasız yanaşırsınız. Bildirdim ki, bu qədər haqsızlıq, ədalətsizlik olmaz. Ən dəhşətlisi o idi ki, mənim çıxışımdan sonra Ukraynadan olan nümayəndələr özlərində cəsarət tapıb fikrimi təsdiqləmədilər ki, Azərbaycan nümayəndə heyəti düz deyir, ermənilər bizim ərazi bütövlüyümüzə səs verməyiblər. Çünki bilirdilər ki, ümumi vəziyyət ermənilərin xeyrinədir. Əsas aparıcı dövlətlər Ermənistanın belə addımının hansısa formada pislənilməsində maraqlı deyillər.

 

Qərbdə açıq-açığına bizə qarşı ədalətsiz münasibət var. Bəzən olur ki, Qərb və Avropa mətbuatında tək-tük halda yazılar verilir. Bunu da ədalətli olduqlarına görə deyil, təmənna güddükləri üçün edirlər. Ancaq buna baxmayaraq, o fikirdəyəm ki, hər zaman biz onları vicdanları ilə üz-üzə qoymalıyıq. Eyni zamanda, öz ictimaiyyətlərinə siyasətçilərinin ədalətinin, prinsipiallığının nə olduğunu göstərməliyik”.

Qüdrət Həsənquliyev partiya olaraq bu məsələdə dəstəklərini əsirgəməyəcəklərini vurğulayıb.

“Özüm başda olmaqla bütün partiya strukturunda olan şəxslərin, partiyanın rayon şöbələrinin üzvlərinin imza vermələrini təşkil edəcəyik”, – deyə o bildirib.

 
Görüşdə iştirak edən QHT sədrləri – Məhluqə Qaramanlı, Mais Əliyev, Azər Həsrət, Mehriban Abdullayeva, Çingiz Bayramov və Xanım Əhmədzadə bunun ümummilli məsələ olduğunu bildiriblər. Onlar BAXCP sədrinin dəstəyini alqışlayıblar. Həmçinin hədəfə çatacaqlarına inandıqlarını qeyd ediblər.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İkiqat Azərbaycan çempionu həbs edildi

Next Post

Erməni kilsəsinin İsveçrə bankında hesabı

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Erməni kilsəsinin İsveçrə bankında hesabı

Rus ordusu Ukraynada

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.