"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır

23 Aprel 2024 - 12:51
in Cebhe-banner

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Elchi.az həmin müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, Hesablama Palatasının Milli Məclisə hesabatı zamanı parlamentin büdcənin icrasına daha ciddi nəzarət etməli olduğunu, bunun üçün qanunla hüquqi müxanizmlərin yaradılmasını təklif etdiniz. Fikirlərinizi daha ətraflı şərh etmənizi xahiş edirik.

– Konstitusiyanın “Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər” adlanan 95-ci maddəsinin 5-ci bəndinə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət haqqında qanun qəbul etməlidir.

Əslində bu qanunun tənzimləmə predmetini büdcənin təsdiq ediləməsi proseduru və onun icrasına nəzarətin necə təmin edilməsi təşkil etməlidir. İctimai münasibətləri tənzimləyən hər hansı sənədin qanunla təsdiq olunması onun qanun qüvvəsi alması deməkdir. Normativ hüquqi aklar haqqında Qanuna görə qanun – tənzimləmə predmeti olan,qeyri-müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.

Konstitusiyada büdcənin icrasına nəzarət haqqında qanunun qəbul olunması tələb olunsa da biz hər il “Büdcənin icrası haqqında” qanun qəbul edirik. Bu qanun hansı münasibətləri tənzimləyir? Qanunun heç bir tənzimləmə predmeti yoxdur və dəfələrlə tətbiq üçün nəzərdə tutulmur. Ona görə Konstitusiyanın 95-ci maddəsinin 5-ci hissəsinə bügünkündən fərqli hüquqi yanaşma olmalıdır. Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır. Konstitusiyanın 95-ci maddəsinin 14-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edir. Beynəlxalq təcrübəyə əsasən hökumətə etimad məsələsi yalnız hökumətin fəaliyyəti nəticəsində böhranlar yarandıqda, onun fəaliyyətində ciddi qanun pozuntuları aşkarlandıqda gündəmə gəlir və hökumətə etimadsızlıq göstərilərsə, o istefaya göndərilir. Bizdə isə “Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatı haqqında” Konstitusiya Qanunu qəbul edilib. Həmin qanuna görə, hökumət hər il Milli Məclisə hesabat verir, amma etimadsızlıq göstərilərsə hansı hüquqi nəticələrə səbəb olmasına dair heç nə yoxdur. Həm də hesabatla hökumətə etimadsızlıq məsələsi eyniləşdirilirsə belə çıxır ki, biz hər il hökumətə etimad məsələsini müzakirəyə çıxarırıq. Bu da doğru deyil. Ümumiyyətlə, Konstitusiyada Nazirlər Kabinetinin Milli Məclisə hesabat verməsi nəzərdə tutulmayıb. Konstitusiya qanununda nəzərdə tutula bilər ki, Baş nazir ildə bir dəfə Nazirlər Kabinetinin fəaliyyəti və büdcənin icrasına dair Milli Məclis qarşısında çıxış edir. Əgər hökumətin fəaliyyəti qeyri-qənaətbəxş hesab edilərsə hökumətə etimad məsələsi gündəliyə salına bilər. Bu qanunda hər bir hökumət üzvünə ayrılıqda etimad məsələsi də təsbit oluna bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Almaniya Kiyevə görə ABŞ-a təzyiq edir

Next Post

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post
ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

“Belə çıxır ki, biz yalnız sinonim sözləri dəyişə bilərik”

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.