"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: Namuslu kişi başqasının ailəsinə dil uzatmaz

30 Mart 2021 - 16:12
in XƏBƏR LENTİ
Qüdrət Həsənquliyev: Namuslu kişi başqasının ailəsinə dil uzatmaz

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Cəmil Həsənlinin qızına aid olduğu iddia edilən videomateralın yayılması ilə bağlı məsələyə münasibət bildirib. Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə açıqlamasında bir azərbaycanlı kimi baş verənlərdən narahatlıq keçirdiyini bildirib: “Həm ölkə Konstusiyasına görə, həm də mənəvi baxımdan başqalarının şəxsi həyatına bu dərəcədə müdaxilə etmək olmaz. Biz Şərq ölkəsiyik, özümüzə məxsus milli mentalitetimiz var, müsəlmanıq və bizim ölkədə ailə, qadın toxunulmazdır. Məhz bu səbəbdən, bu gün Azərbaycanda iqtidarı ittiham edən qüvvələrə zaman-zaman müraciət edirdim ki, siz xaricdə oturub iqtidar təmsilçilərinin ailələrini ağır formada təhqir edən insanları cəmiyyətə “bloqqer” kimi təqdim etməyin. Onlarla aranızda məsafə saxlayın, onların fəaliyyətini pisləyin və bəyan edin ki, əxlaqi dəyərləri ayaqlar altına atan insanlarla siyasətçi olaraq nə bu gün, nə də gələcəkdə bir yerdə ola bilmərik. Açıq şəkildə deyin ki, əgər hakimiyyətə gəlmək imkanımız olarsa, o zaman belələri mütləq məsuliyyətə cəlb olunacaq, qanunvericiliyə uyğun formada cəzalandırılacaqlar. Bunun qarşılığında isə çox təəssüf ki, “daha əxlaqlı və demokratik cəmiyyət uğrunda mübarizə apardıqlarını” bəyan edərək başqalarının tapşırıqları ilə yerinə yetirənlər susmağa üstünlük verdilər. Bəziləri isə həmin internet tv-lər vasitəsi ilə belələrini xalqa “bloqqer” kimi təqdim etməyə çalışdılar. Onların davranışlarında “pis heç nə görmədiklərini” vurğuladılar. Onları “qəhrəman” kimi Azərbaycan xalqına təqdim etməyə cəhd göstərdilər. Elə bu videomaterial yayılmamışdan öncə də biz növbəti dəfə belə yanaşmaları müşahidə etdik. Amma “qırmızı xətt”i keçənlər, başqalarının ailə üzvlərini təhqir edənlər və onlara dəstək verənlər başa düşməliydilər ki, cəmiyyətdə hər kəs bundan ziyan görəcək. Vaxtilə Milli Məclisin plenar iclasında çıxış edərkən demişdim ki, heç bir namuslu kişi başqasının ailəsinə dil uzatmaz, başqasının xanımını, uşağını təhqir etməz. Nə qədər geri zəkalı və hətta əxlaqsız olsan da, başa düşməlisən ki, əgər sən başqalarının ilə üzvlərini təhqir edirsənsə, o zaman sənin ailə üzvlərini bundan beş qat artıq söyüb təhqir edəcəklər, aşağılayacaqlar. Əgər sən başqasını söyürsənsə, o zaman belə anlaşılır ki, həmin söyüşləri özün də qəbul etməyə hazırsan. Bu fikirləri mən parlament kürsüsündən səsləndirmişəm, stenoqramlarda, iclasdan hazırlanan reportajlarda bütün bunlar qalır”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

BAXCP sədri mənəvi dəyərləri tapdalayan, əxlaq normalarını ayaqlar altına atan, mənəvi sərhədləri aşan şəxslərin öz həyatlarını da təhlükə qarşısında qoyduqlarını və bunun fərqində olmadıqlarını deyib: “Biz bilirik ki, həm xaricdə, həm də daxildə Azərbaycanda sabitliyi pozmaq istəyən, mənəvi dəyərləri aşındırmağı, cəmiyyəti tamamilə deqrodasiyaya uğratmağı arzulayan və bununla da ölkəmizi uçuruma yuvarlatmağa çalışan müəyyən qüvvələr var. Həmin qüvvələr tərəfindən bu insanların həyatına qəsd oluna, ailələrinə, qadınlarına aid materiallar toplanılıb müxtəlif resurslar vasitəsilə yayımlana bilər. Bunu xarici dövlətlərin xüsusi xidmət orqanlarının da, daxildə sabitliyi pozmaq istəyənlərin də etməsi mümkündür. İndi ölkəmizin daxilində bir dialoq mühiti yaranıb və bu mühiti pozmaq istəyən qüvvələr istənilən an hərəkətə keçə bilərlər. Bu baxımdan da həmin adamlar ciddi şəkildə düşünməlidirlər. Anlamalıdırlar ki, onlar özlərini Azərbaycan hökumətinin deyil, təxribatçı dairələrin hədəfinə çevirirlər. Bu formada mübarizə apardığını deyən, əslində isə əxlaqsızlıqla məşğul olan insanlar ciddi şəkildə qınanmalıdırlar. Əgər kim əxlaqlı, sivil mübarizə üsulunu məqbul sayırsa, belələrini qınamalıdır. Amma biz nəyin şahidi oluruq? Bəzən hansısa internet tv-də özünü qadın hesab edən birisi söyüş söyənləri ətrafına toplayıb dişini ağarda-ağarda onların təhqirlərindən zövq aldığını nümayiş etdirir. Və sonra da iddia edir ki, guya o demokratiya və yüksək dəyərlər uğrunda mübarizə aparır. Bütün bunlar bizim cəmiyyətimiz üçün çox üzücü hallardır və belə halları qətiyyətlə pisləyirəm, lənətləyirəm və hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu videonun kimlər tərfindən yayımlandığını, necə yayıldığını araşdırmalı, günahkarları tapmalı və çalışmalıdırlar ki. həmin şəxslər layiqli cəzalarını alsınlar”.

BAXCP sədri bir neçə il öncə “BBC Azərbaycanca”dan insan səsini və üzünü klounlaşdıran, müxtəlif, o cümlədən intim videolarda insanların üzünü yüksək dəqiqliklə dəyişən təhlükəli tətbiqlərin, proqramların yaradıldığı barədə məlumat oxuduğunu qeyd edib: “Doğrudur, belə tətbiqlər qadağan edilsələr də, reallıqda mövcuddurlar və gizli yollarla onları əldə etmək mümkündür. Ən qorxulusu odur ki, belə hallar ölkədə geniş vüsət ala bilər. Bu baxımdan, hesab edirəm ki, hər kəs papağını qarşısına qoyub ciddi şəkildə düşünməlidir. Necə etməliyik ki, cəmiyyətimizin bu şəkildə çirklənməsinə imkan verməyək? Nə etməliyik ki, birgəyaşayışı təmin edilməsində müstəsna yera sahib olan dəyərlər sıradan çıxarılmasın, əxlaq normalarının pozulması adi hala çevrilməsin? Amma diqqət yetirirəm ki, radikal düşərgədə təmsil olunan bəzi şəxslər yalnız Cəmil Həsənlinin müdafiəsinə qalxıblar, yalnız onun mənəvi terrorla üzləşdiyini deyirlər. Amma Cəmil Həsənli ilə əks düşərgədə təmsil olunan şəxslərə, iqtidar nümayəndələrinə, yaxud iqtidarı müdafiə edənlərə qarşı alçaldıcı, təhqiredici informasiyalar yayılanda radikal düşərgə təmsilçilərinin belə halları pislədiyini, lənətlədiyini müşahidə etmirik. Belə olmamalıdır. “Mənim rəqibimi söyən şəxs “mübarizdir”, “qəhrəmandır”, “haqq-ədalət uğrunda mübarizə aparır”, məni, yaxud mənimlə eyni düşərgədə təmsil olunan başqa birisini söyənlər isə əxlaqsızlıqla, mənəvi terrorla məşğuldurlar” kimi yanaşmalar olduqca təhlükəlidir və cəmiyyəti ayaqda saxlayan, birgəyaşayışı təmin edən mənəvi dəyərlərin sıradan çıxıralmasına xidmət edir. Əgər cəmiyyətimizdə bu kimi halların baş verməməsini istəyiriksə, oz zaman əxlaqi dəyərtlərə olan münasibətimiz ayrı-ayrı şəxslərə, onların siyasi baxışlarına görə dəyişməməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Ermənilər gəlib qarşımızda baş əyirdilər” – Ramiz Quliyev

Next Post

Çindən Azərbaycana yenə vaksin gətiriləcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Çindən Azərbaycana yenə vaksin gətiriləcək

Prezident Selçuk Bayraktarı qəbul etdi – FOTOLAR

Prezident Selçuk Bayraktarı qəbul etdi - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.