"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: “Siyasi partiyalar öz aralarında saziş imzalasınlar…”

30 Aprel 2024 - 11:00
in Cebhe-banner
#image_title

#image_title

“Öhdəlik götürsünlər ki, heç bir partiya 83-dən artıq dairədə öz namizədini irəli sürməyəcək, digər dairələrdə isə namizədliyi özü tərəfindən irəli sürülmüş bitərəf şəxsləri dəstəkləməyəcək”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Elchi.az həmin müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, Milli Məclisin yaz sesiyasının bitməsinə bir ay vaxt qalıb. Noyabrın 3-də Konstitusiyaya əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir. Seçkilərə qədər seçki sistemində hər hansı dəyişikliklər ediləcəyini düşünürsünüzmü?

– Köklü dəyişikliklər üçün Konstitusiya islahatlarına gedilməlidir ki, buna, sadəcə vaxt yoxdur. Seçki Məcəlləsinə dəyişiklklər edilməsi ehtimalı da olduqca azdır. Hazırda onu etmək olar ki, siyasi partiyalar öz aralarında saziş imzalasınlar və öhdəlik götürsünlər ki, heç bir partiya 83-dən artıq dairədə öz namizədini irəli sürməyəcək, digər dairələrdə isə namizədliyi özü tərəfindən irəli sürülmüş bitərəf şəxsləri dəstəkləməyəcək. Çünki parlament siyasi institutdur və burda təmsil olunmaq üçün namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş şəxslər seçki yarışında iştirak etməlidirlər. Bitərəf şəxsin özünün seçki proqramı ola bilər, amma olsa da təkbaşına heç nəyə nail olmaq mümkün deyil. Siyasətlə peşəkarlar siyasi komandanın üzvü olaraq məşğul olmalıdır. Siyasi partiyalar öz aralarında belə razılığıa gələrsə Milli Məclisdə fraksiyalar və rəqabət mühiti olar. Biz Avropa məkanında tək ölkəyik ki, parlamentdə deputat fraksiyaları yoxdur. Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır. Biz Milli Məclisinn Daxili Nizamnaməsinə dəyişiklik etməklə fraksiya yaratmaq üçün tələb olunan deputat sayını 25-dən 10-a endirə bilərik.

– Gürcüstanda baş verən etiraz aksiyalarına münasibətiniz necədir? Orda yeni rəngli inqilab ola bilərmi?

– Hazırda Saakaşvilinin liderlik etdiyi Qərbyönümlü müxalifətin növbəti rəngli inqilab etmək imkanı yoxdur. Xalq İvanaşviliyə ona görə dəstək verdi ki, onun Rusiyaya sıx bağlılığının olduğunu bilirdi. Saakaşvili və tərəfdarları sadəlöhvləcisinə düşünür ki, xalq bunu bilmədiyi üçün İvanaşviliyə səs verib. Gürcü xalqı haqlı olaraq Qərbin 2008-ci ildə onları satdığını düşünür. Buna görə də Rusiydan daha çox Qərbə nifrət edir. Gürcü xalqında “Stokholm sindromu” deyilən proses baş verib. Onlar Abxaziyanın və Cənubi Osetiyanın itirilməsi ilə barışıb Rusiya ilə yaxınlaşmaq istəyirlər. Qərbyönümlülər isə azlıqdadırlar. Bu baxımdan Rusiya ayaq üstündə qaldıqca yeni rəngli inqilab mümkün deyil.

– Ermənistanda necə, hərbi çevrilişi mümkün sayırsınızmı?

– Hərbçilər arasında “Qarabağ” klanının tərəfdarları çoxdur, amma onlar da başa düşürlər ki, Paşinyanın devrilməsi yeni müharibəyə yol aça bilər və bu zaman onlar Azərbaycan Silahlı Qüvvələri ilə döyüşməli olacaqlar. Bu isə onları dəhşətə salır. Məhz bu səbəbdən onlar Paşinyana qarşı çıxmırlar. Xalq isə rüşvətxor, talançı, qanunları ayaqlar altına atmış keçmiş prezidentlər Köçəryan və Sarkisyana nifrət edir. Buna görə Ermənistanda çevriliş terror yolu ilə ola bilər. Bu mümkündür. Ermənilər bizi sevməsələr də terroru sevirlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

Next Post

BU ölkə 7 saatlıq iş gününə keçir…

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post
BU ölkə 7 saatlıq iş gününə keçir…

BU ölkə 7 saatlıq iş gününə keçir...

FHN: Ötən gün 23 yanğına çıxış olub

FHN: Ötən sutka 34 yanğına çıxış olub, 6 nəfər xilas edilib - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.