"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyev: “Yeni müharibə Ermənistanın mövcudluğuna son qoyacaq”

24 Oktyabr 2023 - 09:47
in Cebhe-banner, MANŞET

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyev son günlər bölgədə gedən siyasi proseslərlə bağlı Elchi.az-ın suallarını cavablandırıb. 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

  • Qüdrət bəy, Zəngəzur dəhlizinin açılmasının zəruriliyi haqqında  iqtidarın zamanla verdiyi sərt açıqlamaların yanlış olması barədə Qərbin fitlə hərəkətə keçən “pet”ləri tərəfindən aparılan kampaniya və son vaxtlar iqtidarın sərt ritorikasını yumşaltmasını özlərinin qələbəsi kimi qələmə vermələrinə münasibətinizi bilmək istərdik.

– Bilirsiniz, qeyd etdiyiniz  “pet”lər öz sözlərini danışmırlar, həm də elə ağıllarının həcminə görə indiki durumdadırlar. Azərbaycan 9 noyabr üçtərəfli Birgə Bəyannamənin şərtlərinin Ermənistan tərəfindən yerinə yetirilməsini tələb edirdi, həm də sərt mövqe ortaya qoymaqla ermənipərəst dairələrə mesaj verirdi ki, bugünkü Ermənistan azərbaycanlıların torpaqlarında yaradılıb. Məhz bu cür sərt və maksimalist mövqedən sonra Qarabağ birmənalı olaraq mübahisəli ərazi olmaqdan çıxdı, Ermənistan qorxusundan  Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi və himayədarları da yalvarmağa başladı ki, siz də Ermənistanın  29 min kvadrat kilometrlik ərazisini  tanıyın. Beləliklə, Azərbaycan ağıllı və cəsarətli gedişlə böyük diplomatik qələbə əldə etdi. İndi hansısa siyasi “kloun” sərt ritorikanın dəyişməsini onların iqtidara təzyiqinin nəticəsi kimi təqdim etmək istəyirsə, bu ikrah doğurur və buna elə onlar ağılda olanlar inana bilər. Görmürsünüz, Xankəndi azad olunandan sonra necə yasa batıblar. “Pet”lərin bəziləri sevindiyini deyir, amma siz onların sifətlərində o sevincin işartılarını görürsünüzmü?..

  • Ermənistanın silahlandırılması barədə Fransa və digər Qərb ölkələrinin fəaliyyətinə münasibətiniz necədir?

– Fransa bilir ki, Ermənistanın silahlandırılması regionda heç nəyi dəyişməyəcək. Sadəcə bu yolla Ermənistanı Rusiyanın forpostu olmaqdan  çıxarıb öz “pet”lərinə çevirmək istəyirlər. Onlar erməniləri düşünsəydilər, onları başa salardılar ki, sizə silahlanma yox, Türkiyə və Azərbaycanla dostluq lazımdır, çünki nə qədər silahlansanız da Türkiyə və Azərbaycandan güclü olmayacaqsınız. Yeni müharibə Ermənistanın mövcudluğuna son qoyacaq. Fransa kimi ölkələr bu cür təhlükəli addımları ilə  bölgəyə sülh gətirmirlər, özlərinin islamafob, beynəlxalq hüquqa hörmətsiz münasibətlərini orataya qoyurlar. Ona görə xalqımız bilməlidir ki, Qərb dairələrinin onlara lazım olandan-olana  bizimlə bağlı qaldırdıqları mövcud olan, yaxud olmayan problemlər həmin problemlərin həlli üçün edilmir, Azərbaycana təzyiq məqsədi daşıyır. Hamı bilməlidir ki, 30 ildən artıq məşəqqətli həyat yaşayan bir milyon azərbaycanlı qaçqını görməyib, könüllü olaraq, Azərbaycan vətəndaşı olmaq istəmədikləri üçün Qarabağı tərk etmiş 100 min erməniyə görə  Qərb siyasi institutları özlərinə necə əl qoyublar. Elə-belə demirlər ki, hər pis işin bir yaxşı tərəfi də var.

  • Qüdrət bəy, Xankənd viə ətraf rayonlara qaçqınların köçürülməsi niyə yubanır?

– Hazırlıq işləri görülür. Tezliklə həm işğal nəticəsində evlərindən qovulmuş azərbaycanlılar   öz evlərinə qaytarılmalı, həm də Ermənistandan qovulan soydaşlarımız  ermənilərin boş qalmış evlərinə köçürülməlidir. Ermənistanla sülh sazişi imzalansa və razılaşsaq, Ermənistandan qovulan soydaşlarımız Ermənistana öz evlərinə, Qarabağdan könüllü köçmüş erməni sakinləri də istəsələr  öz evlərinə qayıda bilər.

  • Qarabağın bərpası və sürətli iqtisadi inkişafı üçün görülən tədbirləri yetərli sayırsınızmı?

– Hökumətin bu istiqamətdə göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Amma onu da bilməliyik ki, Qarabağa dövlətdən başqa sahibkarlar da böyük həcmdə invesyisiya yatırmalıdırlar. Bunun üçün böyük özəlləşdirilməyə gedilməlidir. Sovet İttifaqının taleyi sübut edir ki, dövlət mülkiyyəti özünü doğrultmur. Neftin qiyməti aşağı düşən kimi SSRİ-nin iqtisadiyyatı çökdü. 2014-cü ildə neftin qiyməti aşağı düşdü, iqtisadiyyatı neft gəlirlərindən asılı olan Azərbaycanda manat dəyərini iki dəfədən çox itirdi. Böyük iqtisadi inkişafa nail olmuş Sinqapur və Çin təcrübəsi göstərir ki, tam “azad bazar” iqtisadiyyatı formalaşdırmadan və korrupsiyaya qarşı effektli mübarizə təşkil etmədən qeyri-neft sektorunu inkişaf etdirib  iqtisadi uğurlara imza atmaq mümkün deyil. Dövlət iqtisadiyyatda tənzimləyici rol oynamalı, iqtisadiyyata nəzarət etməyə son qoymalıdır. Bu halda əlverişli coğrafi mövqeyə malik Azərbaycana xarici investisiya da axacaq, daxildən də xaricə valyuta çıxarılmayacaq. Mülkiyyətə təminat üçün güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Bu istiqamətdə ciddi qərarlar qəbul olunsa bir neçə ilə dövlət büdcəsinin gəlirlərini 50 milyard dollara çatdırmaq olar. Bu isə Qarabağın bərpası və sosial problemlərin həlli deməkdir.

  • Gürcüstanın 3+3 formatında Tehran danışıqlarından imtinasını necə qarşıladınız? Həqiqətənmi bu Rusiyanın orda olmasına görədir?

– Gürcü xalqı İvanaşvilinin komandasına  onun Rusiya ilə əlaqəsinə görə səs verib. Hazırda  Gürcüstanın bir çox  sahələrdə Rusiya ilə  əməkdaşlığı  var. Qonşularla əməkdaşlıq sülhə və iqtisadi inkişafa xidmət edir, bütün xalqların xeyrinədir. Gürcüstan hərb yolu ilə ərazi bütövlüyünü bərpa etməyəcəyini hər addımda bəyan edir. Belə olduğu halda Rusiya ilə əməkdaşlıq yolu ilə bu problemi həll etmək daha ağlabatan variantdır, nəinki Rusiyanın dağılmasını gözləmək. Azərbaycan nümunəsi ortadadır. Onu da qeyd edim ki, Azərbaycanın  Ermənistanla müharibə vəziyyətində olması hər iki ölkəyə MDB-nin üzvü olmağa mane olmamışdı. Ona görə inanıram ki, qarşıdakı dövrdə Gürcüstan da bu formata qoşulacaq.

  • Azərbaycanın İranla münasibətlərində ciddi problemlərinin olduğu bir vaxtda İranla 3+3 formatında əməkdaşlığı  məqbul sayırsınızmı?

– Ermənistanla münaqişə dövründə İran işğalçı dövləti həmişə müdafiə edib. İndi də Zəngəzur dəhlizinin əleyhinə çıxır, amma İranlıq bir şey yoxdur. Əgər sabah Ermənistan Zəngəzuru Azərbaycana qaytarsa İran nə edəcək ki?Onlar sadəcə ürək bulandırırlar, ayağımıza dolaşan nəsə deyillər. Biz bu formatda, müttəfiqlik münasibətlərinə malik olduğumuz Türkiyə və Rusiya ilə birlikdə İranla əməkdaşlıq etməklə farslar tərəfindən milli hüquqlardan məhrum edilmiş Cənublu soydaşlarımızın yaxın gələcəkdə ən azından ana dilində təhsil almaq hüquqlarına sahib olmalarına kömək edə bilərik. Ümumiyyətlə, düşünürəm 3+3 formatı Avrasiya İttifaqının nüvəsini təşkil edə bilər. Gələcəkdə  Orta Asiya respublikaları, Ukrayna və Moldova  da bu ittifaqa qoşularsa Çinlə Avropa İttifaqı arasında yeni bir güc mərkəzi formalaşar. Rusiyanın Ukrayna və Moldava ilə aparacağı danışıqların nəticəsi olaraq hər iki ölkənin 1991-ci il sərhədləri bərpa olunarsa bunu mümkün sayıram. Azərbaycan böyük ittifaqlar çərçivəsində sürətlə inkişaf edib sülh və rifah içərisində yaşaya bilər.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilərin Qarabağı tərk etməsinin sirri açılır: Görüş…

Next Post

Makron İsrailə gəlib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Makron İsrailə gəlib

Makron İsrailə gəlib

Bayramovla Mirzoyan Tehranda görüşdü

Bayramovla Mirzoyan Tehranda görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.