"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquliyevin cavabından sonra erməni deputat qışqırmağa başladı- Tiranada QALMAQAL

30 May 2016 - 00:07
in MANŞET, XƏBƏR LENTİ
Qüdrət Həsənquliyevin cavabından sonra erməni deputat qışqırmağa başladı- Tiranada QALMAQAL

Azərbaycan Milli Məclisinin (MM) NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev qurumun Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən 61-ci sessiyasının iclası zamanı Ermənistan nümayəndə heyətinin çıxışına etiraz edib.
Bu barədə Tezis.az-a məlumat verən Q. Həsənquliyev bildirib ki, iclasda təmsil olunduğu İqtisadi və Təhlükəsizlik Komitəsində Avropadakı miqrasiya böhranının iqtisadi dəyərləndirilməsi mövzusunda müzakirələr aparılıb. Beynəlxalq Miqrasiya Xidmətinin nümayəndəsi Dumond məruzə ilə çıxış etdikdən sonra Ermənistan nümayəndəsi söz alaraq bildirib ki, Avropa İttifaqının yardım edəcəyi təqdirdə ermənilər bu işə öz töhfələrini verə bilərlər.
Q. Həsənquliyev deyib ki, o, dərhal çıxışa yazılıb və Ermənistan nümayəndəsinə sərt etiraz edib: “Əslində bu müzakirələr başlayanda mən Ermənistan nümayəndəsinin auditoriyanı tərk edəcəyini düşünürdüm. Çıxışımda ilk olaraq elə məhz bunu dedim. Əlavə etdim ki, Ermənistan 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub. Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Bu ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, işğal altında saxladığı Azərbaycan torpaqlarının azad olunması barədə sülh prosesini pozur və status-kvonu da qoruyub saxlamaq istəyir.
Onu da bildirdim ki, Ermənistan NATO ilə əməkdaşlıq edib BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünə Rusiya, Şimali Koreya ilə birlikdə səs verməyən yeganə ölkədir. Ermənistan işğalçıdır və təcavüzkar siyasət yeridir. Dünyada belə böhranı yaradan ölkələrdən biri də Ermənistandır. Dedim ki, ümumiyyətlə bu ölkənin nümayəndəsinin burada danışmağa mənəvi haqqı yoxdur. Mən keçən iclasda da bu məsələni qaldırmışdım. Yenə də təklif etdim ki, ermənilər auditoriyadan qovulmalıdırlar. Onu da təklif etdim ki, Rusiya Krımı işğal etdikdən sonra Krımla əməkdaşlıq necə dayandırılmışdısa, Ermənistanla da əməkdaşlıq dayandırılmalıdır”.
Azərbaycan MM-in NATO PA-dakı nümayəndə heyətinin üzvü əlavə edib ki, onun çıxışından sonra Ermənistan nümayəndəsi qışqırmağa başlayıb: “Auditoriyadakıların əksəriyyəti fasilə zamanı mənə yaxınlaşaraq, haqlı mənim olduğumu, erməni nümayəndənin özünü çox ədəbsiz şəkildə apardığını dedi. O ermənini yeni görürdüm. Görünür, bu adamın ağlında qüsuru var. O, gözləri böyümüş şəkildə sadəcə qışqırırdı. Hətta Avropa Parlamentinin nümayəndəsi və digər şəxslər mənə bildirdilər ki, onun artıq danışıqlarına əhəmiyyət vermək belə lazım deyil. Beləliklə, NATO Parlament Assambleyasının 61-ci sessiyası zamanı Ermənistan bir daha ifşa olundu”.

Daha ətraflı Tezis.az-da:
http://tezis.az/siyasi-elita/1223-qudret-hesenquliyevin-cavabindan-sonra-ermeni-deputat-qisqirmaga-basladi-tiranada-qalmaqal.html – See more at: http://tezis.az/siyasi-elita/1223-qudret-hesenquliyevin-cavabindan-sonra-ermeni-deputat-qisqirmaga-basladi-tiranada-qalmaqal.html#sthash.nqm5inxO.dpuf

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft tezliklə bahalaşacaq – Sevindirici proqnoz

Next Post

Azercell-in prezidenti “İlin şirkət rəhbəri” seçildi.

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Next Post

Azercell-in prezidenti “İlin şirkət rəhbəri” seçildi.

`Vyanada Azərbaycan həmsədr ölkələrlə tələblə danışırdı`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.