"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qüdrət Həsənquluyevin müavini Seymur Baycanı tənqid atəşinə tutdu

24 İyul 2014 - 09:46
in FLƏŞ

“Seymur Baycan hələ də anlamır ki…”13022

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Bünyamin Qəmbərli Moderator.az-a bir yazı göndərib, onu oxuculara təqdim edirik və qarşı tərəfə də cavab haqqı tanıyırıq:

Seymur Baycanın yazısına bir baxış

Müqəddəs kitabımız Quran-i Kərimdə dəfələrlə insanın çox naşükür, nankor olduğu bildirilir. Hətta bu nankorluq, naşükürlük o həddə çatır ki, insan öz Yaradanını tanımaq istəmir, ilahi iradəyə qarşı çıxır və nəfsini təbiət və cəmiyyət qanunlarının üstündə, bir sözlə, hər nəsnənin fövqündə görür. Yaradana qarşı belə nankor olan adam, indi özünüz düşünün, bəşərə, insana qarşı hansı münasibətdə olar?

Mənə bu sözləri yazdıran Seymur Baycan adlı birinin qərəzli, həddinibilməz yazısıdır. Bu adamın Azpolitika.info saytında “Xalq hərəkatı və xalq hərəkatının liderləri” yazısını oxuyanda onun nə dərəcədə öz milli dəyərlərimizə düşmən mövqedə olduğunu gördüm.

Öncə oradan başlayım ki, Seymur Baycan yazı- pozu ilə məşğul olan birisidir. Deməli, yazı qaydalarını, dilimizin qrammatikasını da yaxşı bilir. Amma nədənsə həmin yazısında müəllifin ya bunları bilmədiyini, ya da şüurlu şəkildə dilimizin qaydalarını pozduğunu gördüm.

İkinci onu deyim ki, sözügedən yazıda çoxlu ziddiyyətli fikirlər var. Məsələn, müəllif çox ironik şəkildə vurğulayır ki, “Onların (Milli azadlıq hərəkatının liderləri nəzərdə tutulur-müəllif) az-çox bəlkə də keçmişləri var, amma gələcəkləri görünmür”.

Doğrusu, mən bu fikirləri yazar adı daşıyan bir adama yaraşdıra bilmədim. Yazar olmaq təfəkkür, məntiq əhli olmaq deməkdir. Amma onun istehza ilə dediyi bu fikirlər müəllifin təfəkkür və məntiqə sahib olmadığını göstərir. Seymur Baycan hələ də anlamır ki, keçmişi olanın gələcəyinin olma ehtimalı daha yüksəkdir. Ən azı o səbəbdən ki, istənilən bütün yeniliklərin söykəndiyi bir köhnəlilk, bir ənənə var. Ənənəsi olmayan yeniliklər heç vaxt təkmil sayılmır, zaman süzgəcinin gözlərinə ilişib qalır, yaşamaq şansı əldə etmək üçün yeni davamçılarını gözləyir. Özü ənənəviliyə qarşı çıxdığına görə öz xələfləri belə onu inkar edir, tarixin zibilxanasına atırlar. Müəyyən ənənəyə söykənən yeniliklər isə keçmişə sayğıyla yanaşdığına görə gələcəkdən də hörmət-izzət görürlər. Beləcə təkmilləşə-təkmilləşə gələcək nəsillərə ötürülürlər. Deməli, yalnız keçmişi olanlar böyük və təkmil gələcək  yaratmaq imkanına sahibdirlər. Bir el məsəlində deyildiyi kimi, “ot kökü üstə bitər”.

Yazının bir yerində müəllif öz fikrini təsdiqləmək üçün Trotskinin “Siyasətdə xatirələr əhəmiyyətsizdi” fikrini sitat gətirir. Amma anlamır ki, siyasətdə əhəmiyyətsiz söz və ya hərəkət yoxdur və Trotskinin bu sözü belə müəyyən məqsədə xidmət edib. Müəllif daha sonra özü demişkən, məcarapərəstliyindən və özünü hər kəsin fövqündə görmək, heç kimi bəyənməmək, hamıdan ağıllı görünmək ehtirasından doğan təkəbbürlə bildirir: “…sovetin bütün ordenlərini, medallarını almış ifrat dərəcədə ehtiyatlı ziyalıkimilər birdən-birə millətçi, vətənpərvər, qəhrəman oldular” . Elə bu sözlərlə də o dövrün aydınlarını aşağılayan Seymur Baycanın bu hərəkəti yemədiyi xörəyin dadından danışan adamın halına bənzəyir. .

İndi isə gələk, Seymur Baycanın xalq hərəkatı və xalq hərəkatının lideri haqqında dediklərinə:

1. Seymur Baycan, sizə bu haqqı kim verib ki, xalqın və ya xalq hərəkatında iştirak edənlərin adından danışırsınız?

2. Deyirsiniz ki, sovet dövründə şair-yazıçılar suyu üfürə-üfürə içirdilər. Haqlısınız, amma unutmayın ki, sizin bu gün belə sərbəst yazmağınız, heç kimi bəyənməməyiniz, özünüzü hamıdan ağıllı, cəsarətli, vətənsevər və böyük göstərməyiniz, iddialı danışmağınız bəyənmədiyiniz həmin xalq hərəkatının müqəddəs davası sayəsindədir və bu xalq hərəkatının gətirdiyi bağımsızlıqdan doğmuşdur.

3. Seymur Baycan, deyirsiniz ki, “bəyəm, bu iyirmi ildə bizə vətəndaş müharibəsinin vura biləcəyi zərbədən az zərbə dəyib?”. Əgər siz bir çoxları kimi Azərbaycanda vətəndaş savaşı arzulayırsızsa, inşaallah, Uca Tanrı bunu görməyi sizə heç bir zaman qismət etməyəcək! Yox əgər bunu arzulamırsızsa o zaman vətəndaş savaşının nə olduğunu anlamaq və ya vuracağı zərəri bilmək üçün Suriyaya, İraqa, ən nəhayət, Ukraynaya baxmanız yetərlidi.

4. İnsan nə qədər amansız, duyğusuz olmalıdı ki, başqa birinin ölümünü istəsin, intiharını tələb etsin. Hələ bunu istəyən bir yazıçıdırsa, onun zehni cəhətdən normal olması adamda şübhə doğurur. Siz isə Əbülfəz Elçibəy haqqında deyirsiniz: – “Cəsarəti çatmadı, başına bir güllə vurub özünü öldürsün.” Qüsura baxmayın, mən bu fikirlərin müəllifi ilə “bütün Fələstinli anaları və onların bətnindəki körpələrini öldürmək lazımdır” -deyən israilli qadın millət vəkilinin fikri, düşüncəsi və yanaşması arasında ciddi fərq görmürəm.

5. Nə qədər səviyyəsiz, özündənmüştəbeh olmaq lazımdır ki, M. Ə. Rəsulzadəyə dil uzadasan, bütün həyatı Azərbaycan xalqının azadlığı  və millidövlətimizin bağımsızlığına xidmətdə keçən bu böyük şəxsə qarşı belə kin, nifrət və qərəzlə danışasan. Seymur Baycan, siz hələ bu millət, bu dövlət üçün heç bir xeyirli iş görmədiyiniz, heç bir faydalı fəaliyyət göstərmədiyiniz halda nədən bütün ömrünü bu xalqa həsr edənləri, butün həyatı bağımsızlıq mübarizəsində keçənləri belə ittiham edirsiz?

6. Nəhayət, Sizə demək istəyirəm ki, Əbülfəz Elçibəyi sevən, qiymətləndirən minlərlə aydın və alim var. Siz hansı haqqla bu aydınları və alimləri aşağılayaraq onların savadsız , ağılsız və səviyyəsiz olduğunu, aldanaraq Əbülfəz Elçibəyin arxasınca getdiyini iddia edirsiz. Siz bir baxın, görün, ömrünüzün sonunadək bu adamların istər elmi, istər ictimai, istərsə də mənəvi səviyyəsinə yaxınlaşa bilərsinizmi?

Seymur Baycan, siz öz yazısında yalnız dünyasını dəyişən Əbülfəz Elçibəyin adını çəkir, xalq hərəkatına rəhbərlik etmiş və hazırda yaşayan digər şəxslər haqqında ümumi olaraq ad çəkmədən danışırsınız. Bu o deməkdir ki, elə özünüz də suyu üfürə-üfürə içirsiniz, həm də onlardan fərqli olaraq suyu bir neçə dəfə süzdükdən, soyutduqdan və “labarotoriyalarda yoxlamalardan keçirdikdən” sonra…

Sonda isə Seymur Baycana dəfələrlə Əbülfəz Elçibəyin istehza ilə yanaşdığı sözlərini bir daha təkrarlamaq istəyirəm. “Hər şeyin zamana ehtiyacı var”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qərbin Rusiyanı 8 yerə bölmək planı işə düşüb

Next Post

Bakıda maskalılar şirkətə basqın edib pulla dolu seyfi apardılar

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

Bakıda maskalılar şirkətə basqın edib pulla dolu seyfi apardılar

Almaniyanın idman naziri:“DÇ-2018 Rusiyada keçirilməməlidir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.