Qüdsdə bir polis məmuru bıçaqla yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən yazır.
Polisin məlumatına görə, hadisə Köhnə şəhərdə baş verib. Polis şübhəliyə atəş açıb, nəticədə o, zərərsizləşdirilib.
Mətbuat xidməti şübhəlinin terror aktı törətməyə cəhd edə biləcəyini bildirib.
Havar Şəfiyeva






