"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Quduz it”in müdafiə naziri təyinatı nədən xəbər verir…

03 Dekabr 2016 - 08:22
in XƏBƏR LENTİ
“Quduz it”in müdafiə naziri təyinatı nədən xəbər verir...ABŞ-ın Rusiyaya qarşı sərt siyasəti davam edəcək

Donald Tramp dövründə ABŞ-ın xarici siyasət məsələsi 8 noyabrdan bəri bu ölkə və dünya mediasında ən çox müzakirə olunan mövzulardan biridir. Ekspertlər hesab edir ki, yeni prezident Tramp bu sahədə diletant olduğu üçün onun ABŞ xarici siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsində rolu olan strukturlara, xüsusən dövlət katibi və müdafiə naziri vəzifələrinə təyinatları xüsusi önəm daşıyır.
Artıq ABŞ müdafiə naziri vəzifəsini kimin tutacağı məlum olub. D.Tramp Pentaqonun rəhbəri vəzifəsinə “Mad Dog” (quduz it) ləqəbi ilə məşhur olan general Ceyms Mattisi təyin edəcəyini açıqlayıb. Bəs Ceyms Mattis kimi generalın ABŞ müdafiə naziri təyin ediləcəyi nədən xəbər verir?
Politoloq Şahin Cəfərli bildirib ki, əslində ləqəb hər şeyi deyir: “General Mattis İraq və Əfqanıstan əməliyyatlarında ABŞ dəniz piyadalarına komandanlıq edib. İraqda böyük dağıntılarla nəticələnən Fəlluca əməliyyatını o planlaşdırıb və həyata keçirib. Əfqanıstandakı radikallar haqqında belə bir sözü var: ”Qadınlara çadra geymədikləri üçün əzab verən bu adamları güllələmək çox ləzzətli işdir”.
General Mattis Yaxın Şərqdə ən böyük təhlükə mənbəyi kimi İranı görür. İranla imzalanmış nüvə anlaşmasının əleyhdarıdır. Suriya məsələsində Trampdan fərqli fikirləri var, Əsəd rejimi və onu dəstəkləyən iranlılarla mübarizə aparmaq üçün müxaliflərin silahlandırılmasına tərəfdardır.
Rusiyaya münasibəti də sərtdir. Obama administrasiyasını Rusiyanın Ukraynaya qarşı siyasətinə zəif reaksiya verməkdə qınayır. Rusiyanın öz qonşuluğunda demokratik ölkələr görmək istəmədiyini, bu səbəblə ətrafında qeyri-sabitlik zolağı yaratdığını bildirir. “Putin bilir ki, o, bütün qaydaları poza bilər, Qərb isə istənilən halda bu qaydalar çərçivəsində oynayacaq. Bu, çox təhlükəli haldır” fikri də general Mattisə aiddir”.
Politoloq Natiq Miri də Ceyms Mattisin İraq və Əfqanıstan əməliyyatlarında xüsusi fərqlənən, İrana, Rusiyaya münasibətdə sərt xəttin tərəfdarı olan general olduğunu qeyd etdi. Onun fikrincə, belə bir fiqurun Pentaqon rəhbəri gətirilməsi o anlama gələcək ki, Trampın zamanında da Rusiya ilə münasibətlərdə sərt siyasət əsas götürüləcək. Suriya və İraqda ABŞ hərbi mövqeyini gücləndirməyə çalışacaq. Əsəd rejiminə qarşı kəskin mövqedən çəkilməyəcək. İranla da münasibətlərdə sərt mövqe ortaya qoyulacaq.
N.Mirinin sözlərinə görə, şübhəsiz ki, xarici siyasətdə dövlət katibi daha mühüm fiqurdur. Bu baxımdan ABŞ dövlət katibinin kimliyi dəqiq bəlli olandan sonra Trampın dövründə xarici siyasətin hansı istiqamət götürə biləcəyi haqda ətraflı proqnozlar vermək mümkün olacaq.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`TAP-ın arxasındakı qaranlıq oyunlar` – İtaliya qəzeti araşdırdı

Next Post

Rayonlara qar yağacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rayonlara qar yağacaq

`Azəriqaz` əhaliyə 100 manatlıq limit qoydu – Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.